Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
25 fevral 1919–cu ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentində yaranmış növbəti hökumət böhranı nəticəsində Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü kabinet fəaliyyətini dayandırıb.
Ay yarım sürən gərgin müzakirələrdən sonra Nəsib bəy Yusifbəylinin başçılığı ilə dördüncü hökumət kabineti təşkil edilib.Bəs, 25 fevralda daha hansı hadisələr baş verib?1.
1921-ci il 25 fevralda 11-ci Qırmızı Ordu Gürcüstana daxil olub.
Bununla da Qafqazda son müstəqil dövlət – Gürcüstan Respublikası süquta uğrayıb.2.
1961-ci ildə İran körfəzinin ən zəngin əmirliklərindən birinin – Küveytin müstəqilliyi elan edilib. 3.
1964-cü ilin 25 fevralında Məhəmməd Əli Klay Sonni Listonu məğlub edərək ağır çəkidə dünya üzrə boks çempionu olub.4.
Qərbi İordaniya şəhəri olan Hebronda Barux Qoldşteyn adlı bir yəhudi odlu silahla 29 fələstinlini öldürdu, 125-ini yaraladı.