Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 25 fevral tarixində baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 25 fevral tarixində baş vermiş tarixi hadisələr

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

25 fevral 1919–cu ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentində yaranmış növbəti hökumət böhranı nəticəsində Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü kabinet fəaliyyətini dayandırıb. Ay yarım sürən gərgin müzakirələrdən sonra Nəsib bəy Yusifbəylinin başçılığı ilə dördüncü hökumət kabineti təşkil edilib.
Bəs, 25 fevralda daha hansı hadisələr baş verib?
1. 1921-ci il 25 fevralda 11-ci Qırmızı Ordu Gürcüstana daxil olub. Bununla da Qafqazda son müstəqil dövlət – Gürcüstan Respublikası süquta uğrayıb.
2. 1961-ci ildə İran körfəzinin ən zəngin əmirliklərindən birinin – Küveytin müstəqilliyi elan edilib. 
3. 1964-cü ilin 25 fevralında Məhəmməd Əli  Klay Sonni Listonu məğlub edərək ağır çəkidə dünya üzrə boks çempionu olub.
4. Qərbi İordaniya şəhəri olan Hebronda Barux Qoldşteyn adlı bir yəhudi odlu silahla 29 fələstinlini öldürdu, 125-ini yaraladı. 25 fevral 1994-cü ildə törədilən bu qətliam tarixə "İbrahim məscidi qətliamı" olaraq düşdü.
5. 25 fevral 1991-ci ildə Varşava Müqaviləsi Təşkilatının üzvlərinin Budabeştdə keçirilən iclasda onu ləğv ediblər.
6. 1992-ci ilin 25 fevralında Erməni silahlı birləşmələri ilə 366-cı motoatıcı alay Xocalı üzərinə hücuma başlayıb.
7. 1992-ci il. Azərbaycanla Yəmən Ərəb Respublikası arasında diplomatik münasibətlər qurulub. Yəmən Ərəb Respublikası ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb.
25 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır
1. Türkiyənin ən böyük iş adamlarından biri olan Vehbi Koç 1994-cü ilin 25 fevralında Antalyada infarktdan vəfat edib.
2. 25 fevral 1910-cu ildə tanınmış rəssam, milli teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayev anadan olub. (1910-1970). “Şah İsmayıl”, “Leyli və Məcnun", "Aşıq Qərib", "Koroğlu" kimi operalara verdiyi tərtibat Üzeyir Hacıbəyli tərəfindən yüksək qiymətləndirilib. Rüstəm Mustafayev Azərbaycan Dövlət Dram Teatrında baş rəssam işləyib. Onun Mirzə Cəlilin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında hazırlanan tamaşalara verdiyi tərtibatlar Azərbaycan teatr-dekorasiya sənətinin orijinal, qiymətli nümunələri sayılır.
3. 1910-cu ilin bu günündə  bioloq alim, akademik İmam Mustafayevin doğulub.(1910-1997). İmam Mustafayev 1954-1959-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. Azərbaycanda aqrar elmin inkişafında, elmi kadrların hazırlanmasında səmərəli xidmətlər göstərib, üzün illər Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutuna rəhbərlik edib. Bir neçə elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir
4. Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərov 25 fevarl 1906-cı ildə anadan olub.
5. Azərbaycanın Milli Qəhrəmanı, Xocalı könüllü batalyonunun komandiri Aqil Quliyev 25 fevral 1992-ci ildə şəhid olub.
6. Azərbaycanın Milli Qəhrəmanı, Xocalı aeroportunun komendantı Əlif Hacıyev 25 fevral 1992-ci ilədə şəhidlik zirvəsinə yüksəlib.
7. Türkiyənin Ali Məktəb Rektorları Şurasının ilk sədri, pediatr. AMEA-nın fəxri üzvü İhsan Doğramacı 25 fevral 2010-cu ildə vəfat edib.
8. Azərbaycanlı müğənni, Xalq artisti İlhamə Quliyeva məhz 2016-cı ilin bu günündə dünyasını dəyişib.
9. Azərbaycan xanəndəsi, bəstəkar və pedaqoq, Xalq artisti, musiqişunas alim, professor, görkəmli mədəniyyət xadimi Əlibaba Məmmədov 25 fevral 2022-ci ildə vəfat edib.
10. Filologiya elmləri doktoru, dilçi-türkoloq, Əməkdar Elm Xadimi, professor Həsən Mirzə 25 fevral 2015-ci ildə dünyasını dəyişib.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Fevral 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri