“Bizim üçün rəqibin fərqi yoxdu” Rüstəm Məmmədovun komandası İmişlidə döyüşəcək | Icma.az
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, bu gün “Zaqatala” futbol üzrə ölkə çempionatının 1-ci liqasında əhəmiyyətli oyun keçirəcək.
14-cü tur çərçivəsində “İmişli”nin qonağı olacaq komanda qalib gəlsə, rəqiblə xalını bərabərləşdirməklə yanaşı, premyer-liqaya yüksəlmək uğrunda mübarizə baxımından şansını artıracaq.Oyunla bağlı meydan sahiblərinin baş məşqçisi Fərid Namazovun fikirlərini diqqətinizə çatdırmışıq.
Bəs “Zaqatala”nın çalışdırıcısı Rüstəm Məmmədov oyun haqda nə düşünür?Mütəxəssisin “Football-plus.az” açıqlaması:“Bizim üçün rəqibin fərqi yoxdu.
Həm liderə, həm də autsayderə qarşı eyni hazırlıq prosesini keçirik. Bu üzdən “İmişli”ylə matça da fərqli yanaşmırıq.
Təbii ki, səfərə qələbə üçün yollanacağıq. Zədəli futbolçularımız var.
Həmçinin rəqibin bu oyuna hazırlaşmaq üçün bir gün çox vaxtı olsa da, bizim bərpa prosesi üçün yetərli zamanımız yox idi.
“İmişli” evdə oynayacaq. Bu komandanın ciddi azarkeş kütləsi var. Biz bu bölgəyə yollanmaq üçün beş saatlıq yol qət edirik.
Tam oxu
Xəbəri oxu