Icma.az
close
up
RU
“Bizim üçün rəqibin fərqi yoxdu” Rüstəm Məmmədovun komandası İmişlidə döyüşəcək

“Bizim üçün rəqibin fərqi yoxdu” Rüstəm Məmmədovun komandası İmişlidə döyüşəcək

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, bu gün “Zaqatala” futbol üzrə ölkə çempionatının 1-ci liqasında əhəmiyyətli oyun keçirəcək.

14-cü tur çərçivəsində “İmişli”nin qonağı olacaq komanda qalib gəlsə, rəqiblə xalını bərabərləşdirməklə yanaşı, premyer-liqaya yüksəlmək uğrunda mübarizə baxımından şansını artıracaq.
Oyunla bağlı meydan sahiblərinin baş məşqçisi Fərid Namazovun fikirlərini diqqətinizə çatdırmışıq. Bəs “Zaqatala”nın çalışdırıcısı Rüstəm Məmmədov oyun haqda nə düşünür?
Mütəxəssisin “Football-plus.az” açıqlaması:

“Bizim üçün rəqibin fərqi yoxdu. Həm liderə, həm də autsayderə qarşı eyni hazırlıq prosesini keçirik. Bu üzdən “İmişli”ylə matça da fərqli yanaşmırıq. Təbii ki, səfərə qələbə üçün yollanacağıq. Zədəli futbolçularımız var. Həmçinin rəqibin bu oyuna hazırlaşmaq üçün bir gün çox vaxtı olsa da, bizim bərpa prosesi üçün yetərli zamanımız yox idi. “İmişli” evdə oynayacaq. Bu komandanın ciddi azarkeş kütləsi var. Biz bu bölgəyə yollanmaq üçün beş saatlıq yol qət edirik. Çünki imkanlarımız zəifdi. Bu üzdən həm də öz azarkeşlərimizi səfərlərə apara bilmirik. Səfərdə dəstək görməyimizin yeganə yolu oyunumuzla rəqibin tərəfdarlarını heyran edib özümüzə çəkməkdi (gülür). Əslində belə hallar olub. Baxımlı oyun sərgilədiyimiz üçün rəqiblərin azarkeşləri tərəfindən alqış qazanmışıq. Təbii ki, futbolçularım ciddi tərəfdar təzyiqinə hazır olmalıdı. Bəzən alınır, bəzən də yox. Hər halda, məqsəd qalib gəlməkdi. Belə şans hər dəfə ələ düşmür. İndi nadir hallarda rast gəlinən vəziyyət yaranıb. Qələbə qazansaq, növbəti oyunlar üçün də yaxşı motivasiya mənbəyi olacaq. Əlbəttə, hər klub kimi biz də premyer-liqaya yüksəlmək istəyirik. İtirəcəyimiz nəsə yoxdu. Qazancımız isə elitadı. Deməli, döyüşməyə dəyər”.


Xatırladaq ki, oyun saat 14.00-da başlayacaq.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Fevral 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri