Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq. Azərbaycan klubları üçün avrokuboklarda yeni mövsüm hələ iki həftə bundan əvvəl start g
Təəssüflər olsun ki, bu start heç də uğurlu olmadı. "Sabah” Sloveniya təmsilçisi "Selye”yə iki oyunun nəticəsinə görə məğlub olub, Avropa Li
Bir acı həqiqətlə barışmalı olduq ki, avrokuboklar yetərincə ciddi sınaqdır.
Bu sınaq öncəsi baş məşqçini yola salıb, onun yerinə təyinatı yubandıranda, heyəti komplekləşdirməyi zamanında yekunlaşdırmayanda uğur qazanmağın da mümkünsüzdür.
"Sabah” da buraxdığı həmin səhvlərin cəzasını çəkdi, indi yoluna UEFA Konfrans Liqasında davam etməlidi.
Bu yolun uzun olması üçün Moldova təmsilçisi "Petrokub”u məğlub etmək vacibdir.
Bu gündən digər təmsilçilərimiz də avrokuboklarda mübarizəyə başlayacaq.
Ötən mövsümü yüksək səviyyədə keçirən "Zirə” Xorvatiyanın tanınmış klubu "Hayduk”u "Neftçi Arena”da sınağa çəkəcəksə, "Qarabağ” İrlandiyanın "Tolka Park” stadionunda "Şelburn”un qonağı olacaq.