Icma.az
close
up
RU
Bizimkilərin şansı nə qədərdir?

Bizimkilərin şansı nə qədərdir?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Azərbaycan klubları üçün avrokuboklarda yeni mövsüm hələ iki həftə bundan əvvəl start götürüb. Təəssüflər olsun ki, bu start heç də uğurlu olmadı. "Sabah” Sloveniya təmsilçisi "Selye”yə iki oyunun nəticəsinə görə məğlub olub, Avropa Liqasındakı mübarizəsini erkən dayandırdı. Bir acı həqiqətlə barışmalı olduq ki, avrokuboklar yetərincə ciddi sınaqdır. Bu sınaq öncəsi baş məşqçini yola salıb, onun yerinə təyinatı yubandıranda, heyəti komplekləşdirməyi zamanında yekunlaşdırmayanda uğur qazanmağın da mümkünsüzdür. "Sabah” da buraxdığı həmin səhvlərin cəzasını çəkdi, indi yoluna UEFA Konfrans Liqasında davam etməlidi. Bu yolun uzun olması üçün Moldova təmsilçisi "Petrokub”u məğlub etmək vacibdir. 

Bu gündən digər təmsilçilərimiz də avrokuboklarda mübarizəyə başlayacaq. Ötən mövsümü yüksək səviyyədə keçirən "Zirə” Xorvatiyanın tanınmış klubu "Hayduk”u "Neftçi Arena”da sınağa çəkəcəksə, "Qarabağ” İrlandiyanın  "Tolka Park” stadionunda "Şelburn”un qonağı olacaq. Etiraf etmək lazımdır ki, azərbaycanlı futbolsevərlər daha çox bu iki komandamızdan uğur gözləyir, "Qarabağ”la "Zirə”nin avrokubokların qrup mərhələsinə qədər yüksələcəyinə inanır. Bunun da əsas səbəblərindən biri hər iki komandanın ötən mövsümü yüksək səviyyədə keçirməsi, Azərbaycan Premyer Liqasında mübarizə aparan digər rəqiblərdən xeyli fərqlənməsidir. "Qarabağ” uzun illərdir ki, avrokuboklarda Azərbaycanın üzünü təkbaşına ağardır, yetərincə uğurlu oyunlar keçirib, qrup mərhələsinin daimi iştirakçısına çevrilib. "Zirə” isə ötən yay qrup mərhələsinin astanasına qədər irəliləməyi bacarmışdı. Uğurun davamını gətirmək mümkün olacaqmı? Bu suala birmənalı cavab vermək çox çətindir.

"Hayduk”a nisbətən "Şelburn” daha münasib rəqib hesab olunur. "Qarabağ” adətən bu səviyyəli rəqiblərlə oyunlarda çox da çətinlik çəkmir. "Köhlən atlar” bəzən təcrübə, bəzən də səviyyə fərqi hesabına cütün taleyini öz xeyrinə həll etməyi bacarır. Məlum məsələdir ki, "Qarabağ” hələ tam formaya düşməyib, yeni transferlər uyğunlaşma mərhələsindədir. Transfer çalışmalarının da tam bitdiyini, heyətin tam formalaşdırıldığını demək də çətindir. Çox güman ki, yaxın günlərdə "Qarabağ”ın heyətinə əcnəbi hücumçu qoşulacaq. Amma bütün bunların fonunda belə "Qarabağ” İrlaniya klubuna qarşı oyunların favoritidir, məhələni keçmək mümkünsüz görünmür. Bir qədər də iddalı danışıb, "Qarabağ”ın "Şelburn”u gücünə qənaət etməklə keçəcəyini də deyə bilərik. 

Təəssüflər olsun ki, eyni sözləri "Zirə” barədə demək çətindir. Az öncə qeyd etdiyimiz kimi, "Hayduk” "Şelburn”dan xeyli güclü və təcrübəli rəqibdir. Üstəlik, "Zirə”nin hiss olunacaq dərəcədə ciddi itkiləri var. Salifu Suma rəsmən "Zirə”dən ayrılıb. Onun gedəcəyi gözlənilən idi. "Zirə”də artıran, özünü yaxşı tərəfdən göstərməyi bacaran Sumanın gedişi qəsəbə təmsilçisinin büdcəsini zənginləşdirsə də, meydanda onun yerini doldurmaq heç də asan olmayacaq. Xüsusiylə də "Hayduk” səviyyəsində olan rəqibə qarşı. "Zirə”nin daha bir itkisi Rafael Utziqdir. Hücumçu klubdan ayrılmaq istəyir, ona görə də düşərgəyə təyin edilən vaxtdan 1 ay gec gəlib. Rəşad Sadıqov da hücumçunu cəzalandırıb, əsas komandanın məşqlərindən kənarlaşdırıb. Deməli, "Hayduk”la oyunda onu da meydanda görə bilməyəcəyik. Bütün bunların fonunda "Zirə”nin hücum potensialının azaldığını etiraf etməlyik. Bu isə Xorvatiya təmsilçisi ilə oyunlarda işimizi xeyli çətinləşdirəcək.

Sabah isə daha iki təmsilçimiz meydana çıxacaq. "Araz Naxçıvan” Mərdəkanda "Aris”i sınağa çəkəcək, "Sabah” isə Moldovada "Petrokub”un qonağı olacaq. Hər iki qarşılaşma UEFA Konfrans Liqasının təsnifat mərhələsi çərçivəsində keçiriləcək. Elmar Baxşıyevin çalışdırdığı komandanın rəqibi də yetərincə güclüdür. Heç də təsadüfi deyil ki, mütəxəssislər yunanların növbəti mərhələyə adlamağa daha yaxın olduğunu düşünür. "Sabah”ın isə "Petrokub”dan üstün olduğunu düşünmək üçün xeyli tutarlı arqument var. Həmin arqumentlər də heyətlərin və büdcənin müqayisəsindən sonra ortaya çıxır. Təmsilçimiz daha yaxşı və yüksəködənişli baş məşqçiyə, legionerlərə sahibdir. Onlar da "Sabah”ı növbəti mərhələyə daşımaq üçün əllərindən gələni etməlidirlər.

Təmsilçilərimizin hər birinə çətin sınaqlardan üzüağ çıxmağı arzulayıram. Ümid edirəm ki, sonda azı üç komandamız mərhələni keçən tərəf olacaq.

Amal Abuşov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 İyul 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri