Biznesin inkişafı ucuz kreditdən keçir | Icma.az
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;Sahibkarlara veriləcək aşağı faizli kreditlərin həcmi artırılacaqDeputat Vüqar Bayramov iqtisadi islahatları dəyərləndirdiÖzəl sektorun inkişafının dövlət səviyyəsində maksimum imkanların yaradılmasından, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşmasından ibarət olması heç kəsə sirr deyil.
İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, ümumi daxili məhsul istehsalında sahibkarların rolunu artırmadan dinamik iqtisadi yüksəlişi təmin etmək mümkün deyil.
Bu baxımdan sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının əsas qayəsini təşkil edir.
Sahibkarlar elektron hökumət portalı və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsi üzərindən “Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər.
İnsan kapitalının inkişafı məqsədilə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olan mütəxəssislərə əlavə məzuniyyət verilir və onların aylıq vəzifə maaşlarına əlavələr hesablanır.
Elə bu səbəbdəndir ki, yaradıldığı vaxtdan 3 ildən az keçməsinə baxmayaraq, artıq Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə ikincidir.
Ölkədə sahibkarlığa dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda özəl sektorun inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, onların maarifləndirilməsi və işgüzar əlaqələrin inkişafı istiqamətində davam edən məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin ümumi daxili məhsulda payı 83, məşğulluqda 78,6 faiz təşkil edib.
Tam oxu
Xəbəri oxu