Icma.az
close
up
RU
Biznesin inkişafı ucuz kreditdən keçir

Biznesin inkişafı ucuz kreditdən keçir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;


Sahibkarlara veriləcək aşağı faizli kreditlərin həcmi artırılacaq


Deputat Vüqar Bayramov iqtisadi islahatları dəyərləndirdi



Özəl sektorun inkişafının dövlət səviyyəsində maksimum imkanların yaradılmasından, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşmasından ibarət olması heç kəsə sirr deyil. İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, ümumi daxili məhsul istehsalında sahibkarların rolunu artırmadan dinamik iqtisadi yüksəlişi təmin etmək mümkün deyil. Bu baxımdan sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının əsas qayəsini təşkil edir. Sahibkarlar elektron hökumət portalı və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsi üzərindən “Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər. İnsan kapitalının inkişafı məqsədilə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olan mütəxəssislərə əlavə məzuniyyət verilir və onların aylıq vəzifə maaşlarına əlavələr hesablanır. Elə bu səbəbdəndir ki, yaradıldığı vaxtdan 3 ildən az keçməsinə baxmayaraq, artıq Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə ikincidir. Ölkədə sahibkarlığa dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda özəl sektorun inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, onların maarifləndirilməsi və işgüzar əlaqələrin inkişafı istiqamətində davam edən məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin ümumi daxili məhsulda payı 83, məşğulluqda 78,6 faiz təşkil edib. Ölkədə aktiv vergi ödəyicilərinin sayı 700 mindən çox olub. 2024-cü ildə Azərbaycanda açılmış iş yerlərinin 90 faizdən çoxu özəl sektor tərəfindən yaradılıb. Bunlardan əlavə, ölkə üzrə sahibkarlıq subyektlərinin 99 faizi kiçik və orta sahibkarlıq subyektləridir. Onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisiyalarda payı da ildən-ilə artmaqda davam edir. Üstəlik, kənd təsərrüfatı məhsullarının istehsalının 99 faizdən çoxu özəl sektorun, xüsusilə kiçik və orta sahibkarların payına düşür. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə bu göstərici 70 faiz səviyyəsində idi. Sahibkarlar təkcə istehsalda deyil, həm də məhsulların emalı, qablaşdırılması və bazara çıxarılmasında mühüm rol oynayırlar. Onların fəaliyyəti sayəsində yerli məhsulların rəqabətqabiliyyətliliyi artır. Statistik məlumatlara əsasən, hazırda Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı 1,4 milyondan çoxdur ki, onların da 37 faizdən və ya 520 mindən çoxu kənd təsərrüfatı sahələrində fəaliyyət göstərirlər. 

Xüsusən, son illərdə sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi prosesi dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmədən geri qaytarılan vəsaitlər hesabına təmin edilir. Fond tərəfindən 2024-cü ildə verilən güzəştli kreditlərdən istifadə edən sahibkarlıq subyektlərinin sayı əvvəlki illə müqayisədə 75 faiz artaraq 5722 çatıb. Verilmiş kreditlərin məbləği isə 28 faiz artaraq 248 milyon manat təşkil edib. İqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən bu layihələrin icrası nəticəsində 4334 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Ümumilikdə indiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin 51,7 min investisiya layihəsinin maliyyələşdirilməsinə 3,3 milyard manat güzəştli kredit verilib. Maliyyələşdirilmiş layihələr hesabına 200 mindən çox yeni iş yerinin açılmasına nail olunub. Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlara müvafiq olaraq Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edir və bunun nəticəsində yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar ilə işgüzar əlaqənin yaradılmasında və sahibkarlığın inkişaf məqsədilə investisiya qoyuluşunda onlara müvafiq şərait yaradır.

Məlumat üçün bildirək ki, cari il oktyabrın 1-nə olan məlumata görə, müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara 642 milyon manat məbləğində kredit verilib. Bunun 93 milyon manatı cari ilin yanvar-sentyabr aylarının payına düşür. İKZF-dən bildirilib ki, mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,2 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib. Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.


Millət vəkili Vüqar Bayramov Sherg.az-a açıqlamasında deyib ki, sahibkarların daha aşağı faizli kreditlərə çıxış imkanlarının artırılması prioritet məsələlərdəndir. Deputat diqqətə çatdırıb ki, atılan addımlarda məqsəd məhz sahibkarların götürdükləri kreditlərin kredit faizlərinə subsidiyaların verilməsidir: 

seeBaxış sayı:291
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri