Blinken: “Putini nüvə zərbəsi endirmək fikrindən | Icma.az
Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Antoni Blinken “Financial Times” nəşrinə müsahibəsində Vaşinqtonun Rusiya prezidenti Vladimir Putinin, görünür” nüvə variantını nəzərdən keçirməsindən “çox narahat olduğunu” bildirib.
“Söhbət nüvə silahından gedəndə, əgər ehtimal hətta 5 faizdən 15 faizə artsa belə, bundan ciddi heç nə yoxdur.
Çinin Rusiyanı cəlb etdiyinə və “bunu etmə” dediyinə inanmağa əsasımız var.
Oxşar dinamika ABŞ-nin Çinə Putinin kosmosa nüvə silahı buraxmağı planlaşdırdığını dedikdə də ola bilər”, - Blinken iddia edib.
Onun fikrincə, Putin strateji məğlubiyyətə uğrayıb və NATO həmişəkindən daha böyük və daha yaxşı resurslarla təmin olunub.
Bayden administrasiyasının Ukraynaya silah verməkdə astagəlliyi ilə bağlı iradları rədd edən Blinken bildirib ki, bu, Ukraynanın həmin sistemləri saxlamaq qabiliyyəti kimi bir sıra amilləri nəzərə almalı idi.
Qeyd edək ki, son illər ABŞ başda olmaqla Qərb ölkələrinin liderləri və yüksək vəzifəli məmurları əslində öz təxəyyüllərinin məhsulu olan “şübhə”lərini həqiqət kimi qələmə verməyə çalışırlar.
Tam oxu
Xəbəri oxu