Icma.az
close
up
RU
Blinken: “Putini nüvə zərbəsi endirmək fikrindən

Blinken: “Putini nüvə zərbəsi endirmək fikrindən

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Antoni Blinken “Financial Times” nəşrinə müsahibəsində Vaşinqtonun Rusiya prezidenti Vladimir Putinin, görünür” nüvə variantını nəzərdən keçirməsindən “çox narahat olduğunu” bildirib.
“Söhbət nüvə silahından gedəndə, əgər ehtimal hətta 5 faizdən 15 faizə artsa belə, bundan ciddi heç nə yoxdur. Çinin Rusiyanı cəlb etdiyinə və “bunu etmə” dediyinə inanmağa əsasımız var. Oxşar dinamika ABŞ-nin Çinə Putinin kosmosa nüvə silahı buraxmağı planlaşdırdığını dedikdə də ola bilər”, - Blinken iddia edib.
Onun fikrincə, Putin strateji məğlubiyyətə uğrayıb və NATO həmişəkindən daha böyük və daha yaxşı resurslarla təmin olunub. Bayden administrasiyasının Ukraynaya silah verməkdə astagəlliyi ilə bağlı iradları rədd edən Blinken bildirib ki, bu, Ukraynanın həmin sistemləri saxlamaq qabiliyyəti kimi bir sıra amilləri nəzərə almalı idi.
Qeyd edək ki, son illər ABŞ başda olmaqla Qərb ölkələrinin liderləri və yüksək vəzifəli məmurları əslində öz təxəyyüllərinin məhsulu olan “şübhə”lərini həqiqət kimi qələmə verməyə çalışırlar. Yeri gəlmişkən, ABŞ-nin İraqa hərbi müdaxiləsinin açıq-aşkar yalan ittihamlara əsaslandığı bu gün bütün dünyaya məlumdur. Bununla belə, Vaşinqton və onun əlaltıları öz cinayətkar əməllərinə görə nəinki heç olmasa üzr istəmək fikrində deyillər, hətta “ağ yalan” siyasətinin miqyasını daha da gücləndirirlər.
Bu baxımdan, ABŞ tarixinə ən zəif və qeyri-peşəkar Dövlət katibi kimi düşən Antoni Blinkenin Putinin guya Ukraynaya nüvə zərbəsi endirmək fikrində olduğu və Çinin onu fikirdən daşındırdığı barədə iddiaları ən yaxşı halda azyaşlı uşaqları cinlə qorxutmaq üçün danışılan nağıla bənzəyir. Yeri gəlmişkən, artıq “axsaq ördəyə” çevrilmiş Blinken indiyədək insanlığa qarşı nüvə silahını yalnız ABŞ-nin işlətidiyini nədənsə dilinə gətirmir.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Yanvar 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri