“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” Abşeron sakini | Ic…
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayon sakini Cavid Zeynalov iddia edir ki, Xırdalan şəhəri Həsən Əliyev küçəsində yerləşən “Park Xırdalan” MMC-yə məxsus “Blue city” yaşayış kompleksindən 2023-cü ildə aldığı evə işıq, qaz və su sayğaclarının quraşdırılmasına görə sözügedən şirkət ondan qanunsuz olaraq əlavə pul tələb edir.
Yeniavaz.com-a müraciət edən C. Zeynalov bildirib ki, müqavilədə evin satın alınması zamanı ödənilən məbləğə sayğacların quraşdırılması daxi
“Məndən şirkətin ofisində sözügedən sayğacları quraşdırmaq üçün 700 manat pul tələb etdilər.
Mən isə müqaviləni xatırladaraq, bunun onların öhdəliyində olduğunu bildirdim.
Onlar isə bildirdilər ki, “Azərişıq”, “Azərqaz” və “Azərsu” sayğacların quraşdırılması üçün pul tələb edib, buna görə də şirkət bina sakinlərindən sözügedən məbləği tələb edir.
Halbuki, qanunla həmin qurumlar ilk dəfə quraşdırılan sayğaclara görə ödəniş tələb edə bilməzlər.
Məsələ ilə bağlı şirkətin ofisində bir neçə nəfərlə görüşdüm.
Tam oxu
Xəbəri oxu