Icma.az
close
up
RU
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” Abşeron sakini

“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” Abşeron sakini

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Abşeron rayon sakini Cavid Zeynalov iddia edir ki, Xırdalan şəhəri Həsən Əliyev küçəsində yerləşən “Park Xırdalan” MMC-yə məxsus “Blue city” yaşayış kompleksindən 2023-cü ildə aldığı evə işıq, qaz və su sayğaclarının quraşdırılmasına görə sözügedən şirkət ondan qanunsuz olaraq əlavə pul tələb edir.
Yeniavaz.com
-a müraciət edən C. Zeynalov bildirib ki, müqavilədə evin satın alınması zamanı ödənilən məbləğə sayğacların quraşdırılması daxil olsa da, indi şirkət bu iş üçün əlavə olaraq 700 manat tələb edir.
“Məndən şirkətin ofisində sözügedən sayğacları quraşdırmaq üçün 700 manat pul tələb etdilər. Mən isə müqaviləni xatırladaraq, bunun onların öhdəliyində olduğunu bildirdim. Onlar isə bildirdilər ki, “Azərişıq”, “Azərqaz” və “Azərsu” sayğacların quraşdırılması üçün pul tələb edib, buna görə də şirkət bina sakinlərindən sözügedən məbləği tələb edir. Halbuki, qanunla həmin qurumlar ilk dəfə quraşdırılan sayğaclara görə ödəniş tələb edə bilməzlər. Məsələ ilə bağlı şirkətin ofisində bir neçə nəfərlə görüşdüm. Onlar mənə bildirdilər ki, bu məbləğ ödənilməlidir, başqa yol yoxdur, gedin, hara şikayət edirsiniz, edin. Deyirlər ki, bütün sakinlər verir, siz də verməlisiniz”.
C. Zeynalov iddia edir ki, tələb olunan məbləği ödəmədiyi üçün şirkət təhvil-təslim aktını ona verməkdən imtina edib.
“Eyni zamanda evin açarını da vermirlər ki, təmirə başlayım”.
Abşeron rayon sakini bildirir ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət edib:
“Yanvarın 13-də həmin qurumda məsələ ilə bağlı görüş keçirdim. Lakin onlar bu məsələyə baxmaqdan imtina etdilər. Belə əsaslandırdılar ki, mən istehlakçı deyilmişəm və şirkət də MTK imiş”.
C. Zeynalov “Park Xırdalan” MMC ilə bağladığı müqavilənin surətini də redaksiyamıza təqdim edib. Müqavilədə ödənilən məbləğə su, işıq, qaz sayğaclarının quraşdırılmasının da daxil olduğu qeyd olunub.

Məsələ ilə bağlı “Blue city” yaşayış kompleksi ilə əlaqə saxladıq. İddialara cavab vermək üçün bizimlə əlaqə saxlayacaqlarını bildirsələr də, bu baş vermədi.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Yeniavaz.com-a bildirilib ki, sözügedən MTK-dan abonentlərin sayğaclaşdırılması üçün heç bir ödəniş tələb edilməyib:

“Bu iddianın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə heç bir aidiyyəti yoxdur”.
“Azərişıq” ASC-dən də müvafiq sorğumuza cavab olaraq bildirildi ki, qurum sayğacların quraşdırılması üçün heç bir halda ödəniş tələb etmir.
“Azəriqaz” İstehsalat Birliyindən də Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, qurum qazlaşmaya görə heç kimdən ödəniş tələb etmir:

“MTK-ların qazlaşıdırılması “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilmir. Bütün MTK-lar xüsusi lisenziyası olan podratçı şirkətlərlə razılaşır, müqvilə ilə və ödənişli əsaslarla MTK-lar qazlaşdırılır. Satılan mənzillərin qazlaşdırılması da MTK-ların üzərindədir. “Azəriqaz” İB qazlaşmaya görə heç kimdən ödəniş tələb etmir, buna səlahiyyəti də yoxdur”.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə vətəndaşın iddiaları ilə bağlı sorğumuza belə cavab verildi:
““Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinin 1-ci hissəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.3-cü maddəsinə əsasən pərakəndə satış bazarında elektrik enerjisinin təchizatı istehlakçılarla bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 29.9-cu maddəsinə əsasən tikinti obyektinin qoşulduğu ötürücü və ya paylayıcı şəbəkədən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatorunun vəsaiti hesabına müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz nəqli qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
Qeyd olunanlara əsasən su, elektrik enerjisi və təbii qazın alqı-satqısı təchizatçılarla (elektrik enerjisinə münasibətdə ötürücü və ya paylayıcı sistem operatoru ilə (bundan sonra – Sistem operatoru)) bilavasitə mənzil sahibləri (mülkiyyətçilər) arasında bağlanılan ikitərəfli müqavilələr əsasında təmin olunur, çoxmənzilli yaşayış binalarında mənzillərin su, elektrik enerjisi və qaz sayğacları ilə təchiz edilməsi və quraşdırılması təchizatçılar və ya Sistem operatoru tərəfindən onların vəsaiti hesabına həyata keçirilir və müvafiq xidmətlər üzrə münasibətlərdə üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin, məhdud məsuliyyətli cəmiyyətin, yaxud çoxmənzilli yaşayış binasının digər idarəçisinin iştirakı nəzərdə tutulmayıb. Eyni zamanda təchizatçılar, Sistem operatorı və 3-cü şəxslər tərəfindən su, elektrik enerjisi və qaz sayğaclarının dəyərinin tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Odur ki, vətəndaş “Park Xırdalan” MMC ilə bağladığı 03.02.2023-cü il tarixli müqavilə üzrə satıcının öz üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi qənaətindədirsə, habelə qeyd olunanlara və mənzil münasibətlərindən əmələ gələn mübahisələrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 9.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 25.1-ci maddələrinin tələblərinə əsasən, sözügedən məsələ ilə bağlı mülki icraat qaydasında aidiyyəti məhkəmədə iddia qaldıra bilər”.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 Yanvar 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see192

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri