BMT ali komissarı erməni “havası”nda... | Icma.az
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniləri müdafiə edən Volker Türkə Bakıdan sərt cavablar gəldiBakıda məhkəməsi gedən ermənilərlə bağlı Azərbaycan dövlətinə xaricdən müəyyən dairələrin təzyiq cəhdləri davam edir.
Heç şübhə yox ki, bu işdə erməni lobbisinin pulları, ənam-bəxşişləri mühüm rol oynayır.
Təəssüf ki, BMT mənsubları arasında da vicdanını 5 qəpiyə satanlar tapılır.
Bu da növbəti fakt.Dünyada bir elə nüfuzu qalmayan BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk (Avstriya əsilli hüquqşünas, bu vəzifəyə 2022-ci ildə təyin olunub) martın 3-də Cenevrədə İnsan Haqları Şurasının 58-ci sessiyasında təqdim etdiyi hesabatda Azərbaycanda “özbaşına saxlanılan bütün şəxslər, o cümlədən etnik ermənilər sarıdan narahatlığını” vurğulayıb, “onlar dərhal azadlığa buraxılmalı və ədalətli mühakimə hüquqlarına tam riayət edilməlidir” deyib.Qərbi Azərbaycan İcması (QAİ) Volker Türk tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında səsləndirilmiş qərəzli fikirləri qınayıb.
Bəyanatda deyilir: “Biz ali komissardan Ermənistanın Azərbaycan torpaqlarını işğalının ağır fəsadlarını, o cümlədən dini-mədəni irsin dağıdılmasını, mina terrorunu pisləməsini, Ermənistanı itkin düşmüş dörd minə qədər azərbaycanlının taleyinin müəyyən edilməsi üçün Azərbaycanla səmimi əməkdaşlığa dəvət etməsini gözləyirdik.
Ali komissar Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın bu yaxınlarda yayılmış və azərbaycanlıların deportasiya edilməsi yolu ilə monoetnik dövlətin yaradılmasını hədəfləyən irqçi çıxışını, İrəvanda qədim məscidin qalıqları üstündə restoran tikilməsini, Ermənistanda zaman-zaman revanşist fikirlərin səslənməsini də pisləməyib.
Biz ali komissardan Ermənistanı dinc yolla öz dədə-baba yurdlarına qayıdış uğrunda mübarizə aparan qərbi azərbaycanlılarla dialoqa başlamağa çağırmasını gözləyirdik.
Tam oxu
Xəbəri oxu