Icma.az
close
up
RU
BMT ali komissarı erməni “havası”nda...

BMT ali komissarı erməni “havası”nda...

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniləri müdafiə edən Volker Türkə Bakıdan sərt cavablar gəldi
Bakıda məhkəməsi gedən ermənilərlə bağlı Azərbaycan dövlətinə xaricdən müəyyən dairələrin təzyiq cəhdləri davam edir. Heç şübhə yox ki, bu işdə erməni lobbisinin pulları, ənam-bəxşişləri mühüm rol oynayır. Təəssüf ki, BMT mənsubları arasında da vicdanını 5 qəpiyə satanlar tapılır. Bu da növbəti fakt.
Dünyada bir elə nüfuzu qalmayan BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk (Avstriya əsilli hüquqşünas, bu vəzifəyə 2022-ci ildə təyin olunub) martın 3-də Cenevrədə İnsan Haqları Şurasının 58-ci sessiyasında təqdim etdiyi hesabatda Azərbaycanda “özbaşına saxlanılan bütün şəxslər, o cümlədən etnik ermənilər sarıdan narahatlığını” vurğulayıb, “onlar dərhal azadlığa buraxılmalı və ədalətli mühakimə hüquqlarına tam riayət edilməlidir” deyib.
Qərbi Azərbaycan İcması (QAİ) Volker Türk tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında səsləndirilmiş qərəzli fikirləri qınayıb. Bəyanatda deyilir: “Biz ali komissardan Ermənistanın Azərbaycan torpaqlarını işğalının ağır fəsadlarını, o cümlədən dini-mədəni irsin dağıdılmasını, mina terrorunu pisləməsini, Ermənistanı itkin düşmüş dörd minə qədər azərbaycanlının taleyinin müəyyən edilməsi üçün Azərbaycanla səmimi əməkdaşlığa dəvət etməsini gözləyirdik. Ali komissar Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın bu yaxınlarda yayılmış və azərbaycanlıların deportasiya edilməsi yolu ilə monoetnik dövlətin yaradılmasını hədəfləyən irqçi çıxışını, İrəvanda qədim məscidin qalıqları üstündə restoran tikilməsini, Ermənistanda zaman-zaman revanşist fikirlərin səslənməsini də pisləməyib. Biz ali komissardan Ermənistanı dinc yolla öz dədə-baba yurdlarına qayıdış uğrunda mübarizə aparan qərbi azərbaycanlılarla dialoqa başlamağa çağırmasını gözləyirdik. Lakin Volker Türk bunların heç birini etmədi. Əksinə, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyət göstərmiş, Xocalı soyqırımını törətmiş şəxslərin azad edilməsinə çağırış etdi. Ali komissarın bu çağırışı, faktiki olaraq cəzasızlığı təşviq etmək anlamına gəlir”. Sonda icma ali komissarı beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa, beynəlxalq insan haqları hüququna selektiv yanaşmamağa və suveren dövlətin məhkəmə sisteminin işinə müdaxilə etməməyə çağırıb.

Çingiz Qənizadə
“Əfsuslar olsun ki, soyadı Türk olan ali komissar ermənipərəstdir”, - “Yeni Müsavat”a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə belə reaksiya verdi. Qənizadə qeyd etdi ki, Azərbaycan ərazisində cinayət törətmiş hərbi canilərin mühakiməsi daxili məsələdir və beynəlxalq qurumlar bu həbsləri siyasi hadisəyə çevirməməlidirlər: “Sözsüz ki, bu işdə həbslərə siyasi don biçmək səyləri var və kampaniya xarakteri almaqdadır. Onların müdafiəsi üçün Azərbaycan əleyhinə çirkin təbliğat gedir. İntəhası, bu cəhdlər də mənasızdır. Azərbaycan qərəzli və məqsədyönlü qarayaxma kampaniyalarını çox görüb. COP29 ərəfəsində də bizə qarşı hücumlar var idi, heç bir nəticəsi olmadı, konfrans yüksək səviyyədə keçirildi. Ermənilərin öz xoşu ilə getməsindən sonra da bizi ittiham edənlər oldu, lakin etnik təmizləməyə dair fakt aşkarlanmadı. İndi də erməniəsilli şəxslərin törətdiyi hərbi cinayətlərə görə məhkəmə prosesləri keçirilir, yenə də kimlərsə ortaya çıxıb ittihamlar səsləndirirlər. Di gəl, Türk kimi erməni əlinə baxanların gördüyü "xidmət" də boşa çıxacaq. Erməni lobbisinin konqresmenlərə, avropalı deputatlara verdiyi o qədər pullar batıb ki, bu da onlardan biri olacaq".
Hüquq müdafiəçisi dedi ki, Araik və digər hərbi canilərin törətdiyi cinayətləri özləri etiraf edirlər, İrəvandan verilən tapşırıqları yerinə yetirdiklərini boyunlarına alırlar, bu halda komissar hansı əsasla onları müdafiə edə bilər: “Onları siyasi məhbus adlandırmağa kökündən səhv cəhdlər var. Nə Vardanyan, nə o biriləri siyasi motivlə saxlanmayıblar. Onların hərbi cinayətləri sübuta yetirilir. Görünür ki, Qərbdə bu şəxslər barəsində siyasi məhkum imici yaratmaq niyyəti var. Biz bu təbliğatı darmadağın etməliyik. Səfirliklər, diaspor təşkilatlarımız fəal olmalıdır. Onlar siyasi dustaq sayıla bilməzlər. Sadəcə, ictimai rəyi çaşdırmaq hiyləsi görünməkdədir”.

Ramiyə Məmmədova 
Siyasi ekspert Ramiyə Məmmədova isə dedi ki, BMT özü Qarabağa faktaraşdırıcı missiya göndərmişdi, nəticədə etnik təmizləməyə aid sübut tapılmadı. Onun sözlərinə görə, indi də qurumun Ali Baş Komissarı hərbi canilərin həbs edilməsinə burun soxur: “Bu həmin təşkilatdır ki, 4 qətnaməni icra etmədi. 30 il ərazilər həmin Araik kimilərin tapdağı altında işğalda saxlandı. Komissar təmsil etdiyi qurumun qətnamələri icra etməməsindən danışsa, yaxşı olardı. BMT həmin təşkilatdır ki, onun ofisinə də Bakıda zərurət qalmadı, bağlandı. Tramp özü də ölkəsinin bu təşkilatdan çıxmasını istəyir. BMT artıq nüfuzunu itirmiş, təsir gücü olmayan təşkilatdır. Onun Türk soyadlı ermənipərəst nümayəndəsinin nə deməsinin əhəmiyyəti qalmayıb. Hər halda, bu şəxsi danışdıran puldur”.
Siyasi şərhçi söylədi ki, Bakı “Nürnberq prosesi” qurub və onların yanında digər erməni hərbi caniləri də olmalıydı: “Burada nə erməni əsir var, nə siyasi həbs. Əsirlər, diversantlar İrəvana qaytarılıb. Onları sülhməramlıların komandanı apardı. Hazırda mühakimə edilənlər isə Qarabağda uzun illər terrorçu rejimi idarə etmiş şəxslərdir. Biz beynəlxalq hüquqa söykənərək onları həbs etmişik. Üstəlik, saxlanma şəraitindən razıdırlar, ombudsman onlara baş çəkib, ailələri ilə əlaqə saxlaya bilirlər, "Qırmızı Xaç" da onlarla görüşür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see519

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see398

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see395

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see360

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see259

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see255

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see247

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see215

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see210

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see210

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see197

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see189

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see186

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see185

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see181

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see172

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see163

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see158

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri