Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 21 oktyabr, AZƏRTAC Keçən il ölümcül münaqişə zonalarının 50 kilometrliyində təxminən 676 milyon qadın yaşayıb ki, bu da 1990-cı illərdən bəri ən yüksək rəqəmdir.AZƏRTAC xəbər verir ki, bu barədə BMT Baş katibinin bazar ertəsi dərc etdiyi Qadınlar, Sülh və Təhlükəsizlik (WPS) üzrə illik hesabatda məlumat verilir.
Sənəd qadınların sülhməramlılar kimi oynadığı rolu vurğulayır, münaqişənin bütövlükdə qadınlara necə təsir etdiyinin təhlilini aparır və BMT Baş katibinin əsas gündəliyə dair məqsədlərini ifadə edir.“ İndiyədək görünməmiş həddə qadın və qızlar öldürülür, onlar sülh danışıqlarından kənarda qalır və müharibələr çoxaldıqca daha müdafiəsiz hala gəlirlər.
Qadınların daha çox vədlərə ehtiyacı yoxdur, onların gücə, müdafiəyə və bərabər iştiraka ehtiyacı var”, -deyə BMT-nin Qadın Təşkilatının icraçı direktoru Sima Bahus bildirib.Bu il WPS gündəliyinin və Təhlükəsizlik Şurasının əsrin əvvəlində beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş, münaqişələrin qarşısının alınmasında və sülh proseslərində qadınların iştirakının vacibliyini təsdiq edən mühüm qərarın - 1325 saylı qətnamənin 25-ci ildönümü qeyd edilir.
Hesabata görə, qəbul edildiyi gündən etibarən Kolumbiyadan tutmuş Liberiya və Filippinə kimi real dünya nümunələri ilə dəstəklənən artan konsensus var ki, qadınların iştirakı sülh sazişlərini daha etibarlı və davamlı edir.
Amma problemlər hələ də qalmaqdadır. WPS məqsədlərinin həyata keçirilməsi maliyyə tələb edir və keçən ilki hesabatdan bəri qadınların rəhbər
“Yəməndə uzun sürən vətəndaş müharibəsini sona çatdırmaq üçün aparılan danışıqların bir hissəsi olaraq qadın liderlər təbii ehtiyatlara çıxı
2020-2024-cü illər üzrə toplanmış məlumatlar qadınların sülh proseslərində danışıqlar aparan, vasitəçi kimi təmsil olunmasının BMT-nin təyin