Icma.az
close
up
RU
BMT: Keçən il münaqişə zonalarında rekord sayda qadın və qız həlak olub

BMT: Keçən il münaqişə zonalarında rekord sayda qadın və qız həlak olub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 21 oktyabr, AZƏRTAC

Keçən il ölümcül münaqişə zonalarının 50 kilometrliyində təxminən 676 milyon qadın yaşayıb ki, bu da 1990-cı illərdən bəri ən yüksək rəqəmdir.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT Baş katibinin bazar ertəsi dərc etdiyi Qadınlar, Sülh və Təhlükəsizlik (WPS) üzrə illik hesabatda məlumat verilir.

Sənəd qadınların sülhməramlılar kimi oynadığı rolu vurğulayır, münaqişənin bütövlükdə qadınlara necə təsir etdiyinin təhlilini aparır və BMT Baş katibinin əsas gündəliyə dair məqsədlərini ifadə edir.

“ İndiyədək görünməmiş həddə qadın və qızlar öldürülür, onlar sülh danışıqlarından kənarda qalır və müharibələr çoxaldıqca daha müdafiəsiz hala gəlirlər. Qadınların daha çox vədlərə ehtiyacı yoxdur, onların gücə, müdafiəyə və bərabər iştiraka ehtiyacı var”, -deyə BMT-nin Qadın Təşkilatının icraçı direktoru Sima Bahus bildirib.

Bu il WPS gündəliyinin və Təhlükəsizlik Şurasının əsrin əvvəlində beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş, münaqişələrin qarşısının alınmasında və sülh proseslərində qadınların iştirakının vacibliyini təsdiq edən mühüm qərarın - 1325 saylı qətnamənin 25-ci ildönümü qeyd edilir.

Hesabata görə, qəbul edildiyi gündən etibarən Kolumbiyadan tutmuş Liberiya və Filippinə kimi real dünya nümunələri ilə dəstəklənən artan konsensus var ki, qadınların iştirakı sülh sazişlərini daha etibarlı və davamlı edir. Amma problemlər hələ də qalmaqdadır. WPS məqsədlərinin həyata keçirilməsi maliyyə tələb edir və keçən ilki hesabatdan bəri qadınların rəhbərlik etdiyi təşkilatlar daha çox maliyyəyə ehtiyac duyur, çünki münaqişə və böhran onları risk altına salır.

BMT qeyd edir ki, qadınlar münaqişənin həllində vasitəçi rol oynaya bilərlər. “Yəməndə uzun sürən vətəndaş müharibəsini sona çatdırmaq üçün aparılan danışıqların bir hissəsi olaraq qadın liderlər təbii ehtiyatlara çıxışla bağlı danışıqlar apara bildilər. 2020-2024-cü illər üzrə toplanmış məlumatlar qadınların sülh proseslərində danışıqlar aparan, vasitəçi kimi təmsil olunmasının BMT-nin təyin etdiyi hədəfdən xeyli aşağı olduğunu müəyyən edib”, -deyə hesabatda vurğulanır.

Sənəddə bildirilir ki, keçən il dünya üzrə orta hesabla danışıqlar aparanların yalnız 7 faizini qadınlar təşkil edirdi və on danışıq prosesindən təxminən doqquzunda heç bir qadın müzakirəçi iştirak etməyib. Qadınlar vasitəçilik rollarında bir qədər daha çox - orta hesabla 14 faiz təmsil olunublar, lakin yenə də vasitəçilik səylərinin üçdə ikisi qadınları əhatə etmir.

Bu ayın əvvəlində WPS gündəliyi ilə bağlı illik açıq debatda BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, son 25 ildə müəyyən irəliləyiş əldə olunsa da, qadınların sülh prosesində iştirakı və müdafiəsi məsələsində “qazanclar kövrəkdir və çox narahatedicidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see408

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see255

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see212

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see147

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see147

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see144

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see133

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see123

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see123

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see122

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri