Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"İsrail yeni torpaqları zəbt etmək yolu ilə gerçəkliyi zorla qəbul etdirir, bu, beynəlxalq hüququn pozulmasıdır..." Yaxın Şərq ölkələrindən Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya və Qətər İsrail tərəfindən Colan təpələrində bufer zonasının zəbt edilməsini pisləyib və yəhidi dövlətini Suriyada qeyri-sabitlikdən istifadə edərək yeni ərazilərin işğalında ittiham edib.
"Bu, İsrail tərəfindən beynəlxalq hüququn prinsiplərinin pozulması və onun Suriyanın öz təhlükəsizliyi, sabitliyi və ərazi bütövlüyünü bərpa etmək şanslarını sarsıtmaqda qərarlı olduğunu təsdiq edir", - Səudiyyə Ərəbistanı XİN bəyanatında deyilir.
İordaniya xarici işlər naziri Ayman Safadi israilli hərbçilərin bufer zonasında iştirakının "qəbuledilməz eskalasiya və ərəb dövlətinin suverenliyinə qəsd" adlandırıb.
Qətər XİN bəyan edib ki, İsrail yeni torpaqları zəbt etmək yolu ilə "gerçəkliyi zorla qəbul etdirir", Misir XİN isə bəyan edib ki, İsrailin hərəkətləri "beynəlxalq hüquqa ziddir".
Bundan öncə Suriyanın BMT-dəki daimi nümayəndəsi Kusey əd-Dahak məlumat verib ki, Suriya hökuməti adından BMT Təhlükəsizlik Şurası və təşkilatın baş katibi Antoniu Quterrişə rəsmən müraciət edərək İsrailin Colan təpələrində təcavüzünə son qoyulmasına çağırış edib.
BMT təsdiq edib ki, İsrail qoşunları bufer zonaya daxil olub və irəliləməkdədir.
Quterrişin mətbuat katibi Stefan Düjarrikin sözlərinə görə, bu, 1974-cü ildə bağlanmış "Suriyanın ayrılması barədə Saziş"in pozulmasıdır.