Icma.az
close
up
RU
BMT və Yaxın Şərq ölkələri İsrailin Suriyada işğalına son qoymağa çağırış edib BBC

BMT və Yaxın Şərq ölkələri İsrailin Suriyada işğalına son qoymağa çağırış edib BBC

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İsrail yeni torpaqları zəbt etmək yolu ilə gerçəkliyi zorla qəbul etdirir, bu, beynəlxalq hüququn pozulmasıdır..."

Yaxın Şərq ölkələrindən Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya və Qətər İsrail tərəfindən Colan təpələrində bufer zonasının zəbt edilməsini pisləyib və yəhidi dövlətini Suriyada qeyri-sabitlikdən istifadə edərək yeni ərazilərin işğalında ittiham edib.

"Bu, İsrail tərəfindən beynəlxalq hüququn prinsiplərinin pozulması və onun Suriyanın öz təhlükəsizliyi, sabitliyi və ərazi bütövlüyünü bərpa etmək şanslarını sarsıtmaqda qərarlı olduğunu təsdiq edir", - Səudiyyə Ərəbistanı XİN bəyanatında deyilir.

İordaniya xarici işlər naziri Ayman Safadi israilli hərbçilərin bufer zonasında iştirakının "qəbuledilməz eskalasiya və ərəb dövlətinin suverenliyinə qəsd" adlandırıb.

Qətər XİN bəyan edib ki, İsrail yeni torpaqları zəbt etmək yolu ilə "gerçəkliyi zorla qəbul etdirir", Misir XİN isə bəyan edib ki, İsrailin hərəkətləri "beynəlxalq hüquqa ziddir".

Bundan öncə Suriyanın BMT-dəki daimi nümayəndəsi Kusey əd-Dahak məlumat verib ki, Suriya hökuməti adından BMT Təhlükəsizlik Şurası və təşkilatın baş katibi Antoniu Quterrişə rəsmən müraciət edərək İsrailin Colan təpələrində təcavüzünə son qoyulmasına çağırış edib.

BMT təsdiq edib ki, İsrail qoşunları bufer zonaya daxil olub və irəliləməkdədir. Quterrişin mətbuat katibi Stefan Düjarrikin sözlərinə görə, bu, 1974-cü ildə bağlanmış "Suriyanın ayrılması barədə Saziş"in pozulmasıdır.

Öz növbəsində BMT-nin Suriya üzrə xüsusi elçisi Heyr Pedersen İsraildən "50 illik Əsəd hakimiyyətindən sonra yenicə özünə gələn" ölkənin bombardman edilməsinə son qoymağı tələb edib. "Buna son qoyulmalıdır, bu, fövqəladə dərəcədə vacibdir", - o, Cenevrədə brifinqdə deyib.

Pedersen həmçinin qeyd edib ki, "Həyat Təhrir əş-Şam"ın üsyançılar qruplaşmasının əsasını təşkil etməsinə rəğmən, üsyançılar formal olaraq birləşməyən "qruplardan ibarət ədyal parçasıdır".

Bundan başqa, onun sözlərinə görə, "heç kim, o cümlədən üsyançı qruplaşmaların özləri də Əsəd rejiminin çöküşünü əsla gözləməyib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri