BMU da Dayanıqlı İnkişaf Məqsədləri həftəsinə start verilib | Icma.az
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 20 oktyabr, AZƏRTAC Bakı Mühəndislik Universitetində (BMU) Dayanıqlı İnkişaf Məqsədləri həftəsinin açılış tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, məqsəd BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri barədə tələbələrin məlumatlılığını artırmaq və onları bu istiqamətdə fəaliyyətə təşviq etmək olub.
BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov Dayanıqlı İnkişaf Məqsədləri həftəsinin universitet icmasında ekoloji və sosial məsuliyyətin təşviqi üçün əhəmiyyətli bir platforma olduğunu söyləyib.
O bildirib ki, tələbələr həftə ərzində təşkil olunacaq fəaliyyətlərdə iştirak etməklə həm biliklərini genişləndirəcək, həm də cəmiyyət üçün faydalı təşəbbüslər həyata keçirəcəklər.
Sonra Tələbə Elmi Cəmiyyətinin sədri Aysu Cəbrayılova nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.
Qeyd edib ki, bu tədbirlər zamanı tələbələr yalnız öyrənməyəcək, eyni zamanda, öz ideyalarını paylaşacaq, faydalı layihələr həyata keçirmək imkanı qazanacaqlar.
Kimya mühəndisliyi kafedrasının dosenti Nərminə Quliyeva isə Dayanıqlı İnkişaf Məqsədlərinin istiqamətləri, hədəfləri barədə geniş məruzə ilə çıxış edib.
Tam oxu
Xəbəri oxu