Icma.az
close
up
RU
BMU da Dayanıqlı İnkişaf Məqsədləri həftəsinə start verilib

BMU da Dayanıqlı İnkişaf Məqsədləri həftəsinə start verilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) Dayanıqlı İnkişaf Məqsədləri həftəsinin açılış tədbiri keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, məqsəd BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri barədə tələbələrin məlumatlılığını artırmaq və onları bu istiqamətdə fəaliyyətə təşviq etmək olub.

BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov Dayanıqlı İnkişaf Məqsədləri həftəsinin universitet icmasında ekoloji və sosial məsuliyyətin təşviqi üçün əhəmiyyətli bir platforma olduğunu söyləyib. O bildirib ki, tələbələr həftə ərzində təşkil olunacaq fəaliyyətlərdə iştirak etməklə həm biliklərini genişləndirəcək, həm də cəmiyyət üçün faydalı təşəbbüslər həyata keçirəcəklər.

Sonra Tələbə Elmi Cəmiyyətinin sədri Aysu Cəbrayılova nəzərdə tutulan tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, bu tədbirlər zamanı tələbələr yalnız öyrənməyəcək, eyni zamanda, öz ideyalarını paylaşacaq, faydalı layihələr həyata keçirmək imkanı qazanacaqlar.

Kimya mühəndisliyi kafedrasının dosenti Nərminə Quliyeva isə Dayanıqlı İnkişaf Məqsədlərinin istiqamətləri, hədəfləri barədə geniş məruzə ilə çıxış edib. Çıxışda Dayanıqlı İnkişaf Məqsədlərinin dünyada necə tətbiq olunduğu nümunələrlə izah edilib, yaşıl texnologiyalar sahəsində qlobal səviyyədə aparılan işlərə diqqət çəkilib. N.Quliyeva tələbələri Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində elmi araşdırmalar aparmağa, yaradıcı layihələr hazırlamağa çağırıb və BMU laboratoriyaları, eləcə də Texnoparkının onların ideyalarının reallaşdırılması üçün geniş imkanlarını vurğulayıb.

Tədbir müzakirələrlə davam edib, iştirakçılar dayanıqlı inkişaf mövzusunda öz baxış və təkliflərini bölüşüblər.

Daha sonra ekoloji yönümlü aksiya təşkil olunub. Aksiya çərçivəsində tələbələr kampus ərazisində təmizlik işləri aparıblar. Tədbirin əsas məqsədi gənclər arasında ekoloji maarifləndirməni artırmaq və dayanıqlı həyat tərzinin təşviqinə dəstək göstərmək olub. Tələbələr tullantıları çeşidləyərək karton qutulara toplayıb, bərk və yumşaq məişət tullantılarını ayrılıqda təhvil veriblər.

Bu təşəbbüs Dayanıqlı İnkişaf Məqsədlərinin “Məsuliyyətli istehsal və istehlak”, “İqlim dəyişikliyinə qarşı mübarizə”, “Məqsədlər naminə tərəfdaşlıq” istiqamətlərinə uyğun olaraq həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see135

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri