BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə olundu | Icma.az
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev, İT və informasiya təhlükəsizliyi şöbəsinin müdiri İlkin Əzizov, Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin qrup rəhbəri Gülnar Mirhüseynova Bakı Mühəndislik Universitetində (BMU) olub.
Qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev son illərdə universitetdə tədris prosesinin müasir tələblərə uyğunlaşdırılması, ixtisas hazırlığının keyfiyyətinin yüksəldilməsi və təhsil proqramlarının optimallaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib.
Bu çərçivədə universitetin tədris strukturunda mövcud olan IT kateqoriyasına aid ixtisasların əsas baza ixtisaslarına çevrilməsi üzrə sistemli fəaliyyət aparıldığını vurğulayıb.
Yaqub Piriyev həmçinin tədris resurslarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atıldığını, inteqrasiya prosesinin əsas məqsədinin rəqabətqabiliyyətli, yüksək hazırlıq səviyyəsinə malik, müasir bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsindən ibarət olduğunu diqqətə çatdırıb.
BMU və İRİA arasında qurulan əməkdaşlığın tələbələrin innovasiya, startap və rəqəmsal texnologiyalar sahəsində praktiki bilik və bacarıqlarının artırılmasını hədəflədiyini deyən rektor tərəflər arasında tərəfdaşlığı daha da dərinləşəcəyinə inamını ifadə edib.
İRİA nümayəndələri təmsil etdikləri qurumun ali təhsil müəssisələrinin tələbə və müəllimləri üçün həyata keçirdiyi layihə və təcrübə proqramları barədə məlumat veriblər.
Bildirilib ki, agentlik müasir ixtisasların tədrisinin təkmilləşdirilməsində ali məktəblərə hər cür dəstək verməyə hazırdır və birgə fəaliyyət perspektivləri kadr hazırlığı prosesinə müsbət töhfələr verməyi hədəfləyir.
Tam oxu
Xəbəri oxu