Icma.az
close
up
RU
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə olundu

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə olundu

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev, İT və informasiya təhlükəsizliyi şöbəsinin müdiri İlkin Əzizov,  Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin qrup rəhbəri Gülnar Mirhüseynova Bakı Mühəndislik Universitetində (BMU) olub.

Qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev son illərdə  universitetdə tədris prosesinin müasir tələblərə uyğunlaşdırılması, ixtisas hazırlığının keyfiyyətinin yüksəldilməsi və təhsil proqramlarının optimallaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Bu çərçivədə universitetin tədris strukturunda mövcud olan IT kateqoriyasına aid ixtisasların əsas baza ixtisaslarına çevrilməsi üzrə sistemli fəaliyyət aparıldığını vurğulayıb. Yaqub Piriyev həmçinin tədris resurslarının beynəlxalq standartlara  uyğunlaşdırılması istiqamətində zəruri addımlar atıldığını, inteqrasiya prosesinin əsas məqsədinin rəqabətqabiliyyətli, yüksək hazırlıq səviyyəsinə malik, müasir bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsindən ibarət olduğunu diqqətə çatdırıb.  BMU və İRİA arasında qurulan əməkdaşlığın tələbələrin innovasiya, startap və rəqəmsal texnologiyalar sahəsində praktiki bilik və bacarıqlarının artırılmasını hədəflədiyini deyən rektor tərəflər arasında tərəfdaşlığı daha da dərinləşəcəyinə inamını ifadə edib.

İRİA nümayəndələri təmsil etdikləri qurumun ali təhsil müəssisələrinin tələbə və müəllimləri üçün həyata keçirdiyi  layihə və təcrübə proqramları barədə məlumat veriblər. Bildirilib ki, agentlik müasir ixtisasların tədrisinin təkmilləşdirilməsində ali məktəblərə hər cür dəstək verməyə hazırdır və birgə fəaliyyət perspektivləri kadr hazırlığı prosesinə müsbət töhfələr verməyi hədəfləyir.

Görüş zamanı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin həyata keçirdiyi, ölkədə kibertəhlükəsizlik sahəsində kadr potensialının artırılmasını hədəfə alan “Beyin Mərkəzi” layihəsi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Müzakirələr zamanı BMU-da kibertəhlükəsizlik ixtisası üzrə dərslərin təşkili, müəllimlər üçün master-klassların keçirilməsi, tələbələr üçün hakatonların təşkil edilməsi, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ixtisaslarının kurikulum və sillabuslarının yenilənməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində də müvafiq addımlar atılmasına dair qərar verilib.    

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri