BMU İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib FOTO | Icma.az
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü ikili diplom proqramının (BMU-İNHA İDP) 2024-2025-ci tədris ili məzunları üçün təntənəli buraxılış mərasimi keçirilib.
Elm və Təhsil Nazirliyinin rəhbərliyi, hər iki universitetin rektorları, Koreyanın Azərbaycandakı səfirliyi və KOİCA-nın əməkdaşları, iş adamları, universitetlərin professor-müəllim heyəti, eləcə də məzunların iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev İNHA Universiteti ilə icra edilən ikili diplom proqramının sayca ikinci məzun buraxılışının keçirildiyini vurğulayıb.
Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə təsdiq edilmiş “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı”nın ölkəmizin kadr potensialının güclənməsində mühüm roluna diqqət çəkən rektor dünyanın aparıcı universitetləri ilə birgə 6 beynəlxalq ikili diplom proqramından birinin məhz BMU tərəfindən həyata keçirildiyini universitetin tarixində mühüm hadisə kimi qiymətləndirib.
Proqramla bağlı bir sıra statistik rəqəmləri nəzərə çatdıran Yaqub Piriyev Azərbaycan və Koreya respublikaları arasındakı əlaqələrə müsbət töhfə verən, professor-müəllim heyətinin nəzəri və praktiki biliklərinin təkmilləşməsində, yüksəkixtisaslı kadrların yetişirilməsində müsbət rol oynayan proqrama görə dövlət rəhbərliyinə, Elm və Təhsil Nazirliyinə, proqramın gerçəkləşməsində dəstəyi üçün İNHA Universitetinə minnətdarlıq edib.
Məzunların valideynlərini təbrik edən rektor övladlarının uğurlarında onların dəstəyinin əvəzsiz olduğunu deyib.
4 il ərzində ixtisaslarını yaxşı mənimsəmək üçün çalışan, Koreya dilini öyrənərək, bu ölkədə bilik və bacarıqlarını artıran məzunların Azərbaycan üçün yaxşı mühəndislər olacağına əminliyini ifadə edərək, məzunlara karyeralarında müvəffəqiyyətlər arzulayıb.
Tam oxu
Xəbəri oxu