Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

BMU İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib FOTO

BMU İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib FOTO

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü ikili diplom proqramının (BMU-İNHA İDP) 2024-2025-ci tədris ili məzunları üçün təntənəli buraxılış mərasimi keçirilib. 

Elm və Təhsil Nazirliyinin rəhbərliyi, hər iki universitetin rektorları, Koreyanın Azərbaycandakı səfirliyi və KOİCA-nın əməkdaşları, iş adamları, universitetlərin professor-müəllim heyəti, eləcə də məzunların iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca hər iki ölkənin dövlət himnləri səsləndirilib.

 Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev İNHA Universiteti ilə icra edilən ikili diplom proqramının sayca ikinci məzun buraxılışının keçirildiyini vurğulayıb. Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə təsdiq edilmiş “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı”nın ölkəmizin kadr potensialının güclənməsində mühüm roluna diqqət çəkən rektor dünyanın aparıcı universitetləri ilə birgə 6 beynəlxalq ikili diplom proqramından birinin məhz BMU tərəfindən həyata keçirildiyini universitetin tarixində mühüm hadisə kimi qiymətləndirib. Proqramla bağlı bir sıra statistik rəqəmləri nəzərə çatdıran Yaqub Piriyev Azərbaycan və Koreya respublikaları arasındakı əlaqələrə müsbət töhfə verən, professor-müəllim heyətinin nəzəri və praktiki biliklərinin təkmilləşməsində, yüksəkixtisaslı kadrların yetişirilməsində müsbət rol oynayan proqrama görə dövlət rəhbərliyinə, Elm və Təhsil Nazirliyinə, proqramın gerçəkləşməsində dəstəyi üçün İNHA Universitetinə minnətdarlıq edib. Məzunların valideynlərini təbrik edən rektor övladlarının uğurlarında onların dəstəyinin əvəzsiz olduğunu deyib. 4 il ərzində ixtisaslarını yaxşı mənimsəmək üçün çalışan, Koreya dilini öyrənərək, bu ölkədə bilik və bacarıqlarını artıran məzunların Azərbaycan üçün yaxşı mühəndislər olacağına əminliyini ifadə edərək, məzunlara karyeralarında müvəffəqiyyətlər arzulayıb.  

Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev məzunlara səmimi təbriklərini çatdırıb, təhsillərini başa vuran gənclərin əldə etdikləri bilik və bacarıqların həyatlarının növbəti mərhələsində onlara böyük dəstək olacağına, qazandıqları ixtisaslarla yerli və xarici əmək bazarında tələb edilən səhələrdə uğurlu karyera qura biləcəklərinə əminliyini söyləyib. Ölkəmizdə təhsilin müasir tələblər əsasında inkişafı üçün dövlət səviyyəsində görülən tədbirləri, bir sıra xarici ali təhsil müəssisələri ilə həyata keçirilən ikili diplom proqramlarını vurğulayan nazir müavini bunların insan kapitalının inkişafına yönəlik, gənc nəslin elmi potensialının üzə çıxarılması, beynəlxalq təcrübənin mənimsənilməsi ilə peşəkar kadr kimi formalaşmanın təmin edilməsi, nəticədə ölkəmizə layiqli mütəxəssislər qazandırmaq məqsədi daşıdığını deyib. Ali təhsil müəssisələrinin güclənən beynəlxalq mövqeyinə toxunan İdris İsayev BMU-nu açıqlanan son QS reytinqində ilk minlikdəki yerinə görə təbrik edib, bütövlükdə universitetlərimizin əldə etdiyi nailiyyətləri ölkəmizdə təhsilin inkişafı üçün görülən işlərin nəticəsi kimi qiymətləndirib. Çıxışının sonunda bir daha hər iki universitetin rəhbərliyinə, professor-müəllim heyətinə, həmçinin məzunların valideynlərinə minnətdarlıq edən nazir müavini onların əməyi və dəstəyinin böyük olduğunu bildirib.   

Sonra İNHA Universitetinin rektoru Cho Myeong Voo məzunları təbrik edərək, onların əzm və səyləri sayəsində bu proqramın müsbət nəticələr verdiyini vurğulayıb. Koreya və Azərbaycan arasında təhsil əməkdaşlığının gözəl rəmzinə çevrilən ikili diplom proqramının beynəlxalq səviyyədə kadr hazırlığına uğurla xidmət etdiyini deyən rektor məzunların tədris boyu qazandıqları bilik və təcrübənin onların karyera pilləsində inamla addımlamasına kömək edəcəyinə əminliyini söyləyib. 

Koreyanın ölkəmizdəki səfiri Kymgu Kang isə çıxışında ikili diplom proqramını Azərbaycan ilə Koreya arasında təhsil əməkdaşlığının nümunəvi göstəricisi adlandırıb. Məzun olmanın son yox, yeni bir başlanğıc sayıldığını deyən səfir gənclərin saysız-hesabsız imkanlarla dolu karyera yolunun çətinliklərini universitetlərin auditoriyasında sahib olduqları yaradıcı düşüncə və mübarizə ruhu ilə dəf edə biləcəklərinə inandığını bildirib.  

Sonra proqramda fəallıqları ilə seçilən “Elektrik mühəndisliyi” ixtisasının məzunu Şəhanə Mirəliyeva və “İnşaat mühəndisliyi” ixtisasının məzunu Amani Sultanov çıxış ediblər. Çıxışlarda proqramın onlara iki müxtəlif ölkənin və universitetin tədris sistemini müqayisəli şəkildə öyrənmək, fərqli mühəndislik yanaşmalarını birləşdirərək daha çevik və qlobal düşüncəli mühəndislər kimi yetişmək imkanı yaratdığı vurğulanıb, gənclərin hərtərəfli inkişafına yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkür bildirilib. 

Tələbələrin ifasında Azərbaycan və  Koreya rəqsləri, eyni zamanda Xalq artisti Elçin Həşimov və Əməkdar artist Elnur Əhmədovun ifasında muğam parçaları ilə zəngin bədii hissənin ardınca ixtisas birinciləri, sosial-ictimai həyatda fəal iştirak edən məzunlar mükafatlandırılıb. Həmçinin məzunlara diplomlar təqdim olunub.

Tədbir məzunların “papaq atma”sı ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyul 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see208

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see198

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see186

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see151

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri