BMU ya qəbul olunan abituriyentlərin əksəriyyəti qeydiyyat prosesini tamamlayıb | Icma.az
Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 3 sentyabr, AZƏRTAC Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinə qəbul
Bu günə olan məlumata əsasən, artıq abituriyentlərin 90 faizi qeydiyyatdan keçib.Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib.
Bildirilib ki, abituriyentlərin portal.edu.az platforması vasitəsilə elektron qeydiyyatı avqustun 28-dən başlanıb və qeydiyyat prosesinin sentyabrın 8-i saat 18:00-da başa çatması nəzərdə tutulur.
Abituriyentlər əlavə sual yarandığı təqdirdə BMU-nun Qeydiyyat komissiyası ilə əlaqə saxlaya bilərlər (I-V günlər, saat 10:00-17:00, tel: 012-349-99-55 (birbaşa), 012-349-99-66 (daxili 1323).2025-2026-cı tədris ili üzrə BMU-nun bakalavriat səviyyəsinə tələbə qəbulunda yüksək göstəricilər əldə olunub.
Birinci mərhələdən sonra universitetə 39 ixtisas üzrə ümumilikdə 2468 nəfər qəbul olub.
Bakalavriat səviyyəsi üzrə qəbul IV və V qruplarda 100 faiz, II qrupda 100 faiz, I qrupda isə 92.86 faiz təşkil edib.
Ali təhsil ocağını seçən abituriyentlərin 56.92 faizi dövlət sifarişi əsasında təhsil alacaq.Qəbul olanların 395 nəfəri 500-dən yuxarı, 53 nəfəri isə 600-700 bal arasında nəticə göstərib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu