BMU ya qəbul olunan abituriyentlərin əksəriyyəti qeydiyyat prosesini tamamlayıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 3 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinə qəbul olunan şəxslərin elektron qeydiyyatı davam edir. Bu günə olan məlumata əsasən, artıq abituriyentlərin 90 faizi qeydiyyatdan keçib.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Bildirilib ki, abituriyentlərin portal.edu.az platforması vasitəsilə elektron qeydiyyatı avqustun 28-dən başlanıb və qeydiyyat prosesinin sentyabrın 8-i saat 18:00-da başa çatması nəzərdə tutulur.
Abituriyentlər əlavə sual yarandığı təqdirdə BMU-nun Qeydiyyat komissiyası ilə əlaqə saxlaya bilərlər (I-V günlər, saat 10:00-17:00, tel: 012-349-99-55 (birbaşa), 012-349-99-66 (daxili 1323).
2025-2026-cı tədris ili üzrə BMU-nun bakalavriat səviyyəsinə tələbə qəbulunda yüksək göstəricilər əldə olunub. Birinci mərhələdən sonra universitetə 39 ixtisas üzrə ümumilikdə 2468 nəfər qəbul olub. Bakalavriat səviyyəsi üzrə qəbul IV və V qruplarda 100 faiz, II qrupda 100 faiz, I qrupda isə 92.86 faiz təşkil edib. Ali təhsil ocağını seçən abituriyentlərin 56.92 faizi dövlət sifarişi əsasında təhsil alacaq.
Qəbul olanların 395 nəfəri 500-dən yuxarı, 53 nəfəri isə 600-700 bal arasında nəticə göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 03 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















