BMW dən şok qərar Minlərlə işçi gedir

01.10.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın avtomobil sənayesində növbəti ixtisar dalğası başlayıb. BMW xərcləri azaltmaq və gəlirliliyi qorumaq üçün minlərlə əməkdaşın işdən ayrılmasını nəzərdə tutan proqram həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, "Reuters"in məlumatına görə, BMW qlobal tələbatın azalması səbəbindən Almaniyada təxminən 8 min işçini əhatə edən ixtisar proqramına başlayıb. Şirkət iqtisadi təzyiqləri azaltmaq məqsədilə genişmiqyaslı qənaət və səmərəlilik proqramı həyata keçirir. BMW ilk mərhələdə daxiliyanma mühərrikli avtomobillərin variantlarını azaltmağı, model çeşidini sadələşdirməyi və süni intellektdən istifadə etməklə inzibati idarəetmə pillələrini 20 faiz azaltmağı planlaşdırır.

Şirkət dünya üzrə təxminən 8 min işçini əhatə edəcək könüllü işdən ayrılma proqramını da həyata keçirəcək. Bununla yanaşı, BMW elektrikli avtomobillərlə bağlı uzunmüddətli planlarından geri çəkilmir. Şirkət yeni nəsil elektrikli avtomobillər üçün nəzərdə tutulan “Neue Klasse” layihəsinə investisiyaları davam etdirəcək. Pepperoni pizza

Almaniyadakı istehsal müəssisələrinin yenilənməsi və yeni nəsil 3-cü seriya kimi modellərin hazırlanması üçün təxminən 2 milyard avro ayrılacaq.

BMW həyata keçiriləcək ixtisarlar, xərclərin azaldılması və səmərəliliyin artırılması hesabına 2028-ci ilə qədər avtomobil bölməsində əməliyyat mənfəəti marjasını 3-5 faiz aralığına çatdırmağı hədəfləyir.

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью