BMW dən şok qərar Minlərlə işçi gedir
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın avtomobil sənayesində növbəti ixtisar dalğası başlayıb. BMW xərcləri azaltmaq və gəlirliliyi qorumaq üçün minlərlə əməkdaşın işdən ayrılmasını nəzərdə tutan proqram həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, "Reuters"in məlumatına görə, BMW qlobal tələbatın azalması səbəbindən Almaniyada təxminən 8 min işçini əhatə edən ixtisar proqramına başlayıb. Şirkət iqtisadi təzyiqləri azaltmaq məqsədilə genişmiqyaslı qənaət və səmərəlilik proqramı həyata keçirir. BMW ilk mərhələdə daxiliyanma mühərrikli avtomobillərin variantlarını azaltmağı, model çeşidini sadələşdirməyi və süni intellektdən istifadə etməklə inzibati idarəetmə pillələrini 20 faiz azaltmağı planlaşdırır.
Şirkət dünya üzrə təxminən 8 min işçini əhatə edəcək könüllü işdən ayrılma proqramını da həyata keçirəcək. Bununla yanaşı, BMW elektrikli avtomobillərlə bağlı uzunmüddətli planlarından geri çəkilmir. Şirkət yeni nəsil elektrikli avtomobillər üçün nəzərdə tutulan “Neue Klasse” layihəsinə investisiyaları davam etdirəcək. Pepperoni pizza
Almaniyadakı istehsal müəssisələrinin yenilənməsi və yeni nəsil 3-cü seriya kimi modellərin hazırlanması üçün təxminən 2 milyard avro ayrılacaq.
BMW həyata keçiriləcək ixtisarlar, xərclərin azaldılması və səmərəliliyin artırılması hesabına 2028-ci ilə qədər avtomobil bölməsində əməliyyat mənfəəti marjasını 3-5 faiz aralığına çatdırmağı hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 01 Oktyabr 2026 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















