Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
"Boeing" şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-XX proqramı üçün nəzərdə tutulmuş yeni nəsil qırıcı təyyarəsinin konseptini təqdim edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Aviation Week" məlumat yayıb.
Yeni görüntülər ilk dəfə ötən həftə Tailhook simpoziumunda nümayiş etdirilib, daha sonra isə aviasiya KİV-lərində dərc olunub.
Ekspertlər qeyd edir ki, rəsmi renderlərə tam etibar etmək olmaz, lakin bəzi xüsusiyyətlər artıq indidən görünür.
Konsept təsdiqləyir ki, "Boeing"in F/A-XX və F-47 layihələri müəyyən ümumi cizgilərə malik olacaq. • Təyyarənin quyruq hissəsi gizlədilib.
• Kabina şüşəsi isə F-47-nin rəsmlərindəki ilə çox oxşardır. • Görünən odur ki, F/A-XX-in burun hissəsi F-47-dən daha qısa və kiçik olacaq.
• Yaradılma variantında, ehtimal ki, ön üfüqi sükan (canard) tətbiq ediləcək. Altıncı nəsil qırıcılar – nə məlumdur?