Boeing ABŞ donanması üçün altıncı nəsil qırıcı konseptini təqdim etdi
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
"Boeing" şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-XX proqramı üçün nəzərdə tutulmuş yeni nəsil qırıcı təyyarəsinin konseptini təqdim edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Aviation Week" məlumat yayıb.
Yeni görüntülər ilk dəfə ötən həftə Tailhook simpoziumunda nümayiş etdirilib, daha sonra isə aviasiya KİV-lərində dərc olunub.
Ekspertlər qeyd edir ki, rəsmi renderlərə tam etibar etmək olmaz, lakin bəzi xüsusiyyətlər artıq indidən görünür. Konsept təsdiqləyir ki, "Boeing"in F/A-XX və F-47 layihələri müəyyən ümumi cizgilərə malik olacaq.
• Təyyarənin quyruq hissəsi gizlədilib.
• Kabina şüşəsi isə F-47-nin rəsmlərindəki ilə çox oxşardır.
• Görünən odur ki, F/A-XX-in burun hissəsi F-47-dən daha qısa və kiçik olacaq.
• Yaradılma variantında, ehtimal ki, ön üfüqi sükan (canard) tətbiq ediləcək.
Altıncı nəsil qırıcılar – nə məlumdur?
• F/A-XX proqramı ABŞ Donanması üçün altıncı nəsil göyərtə qırıcısının yaradılmasını nəzərdə tutur. Yeni təyyarə hazırda istifadə edilən F/A-18E/F Super Hornet-i əvəzləyəcək.
• Daha əvvəl "Northrop Grumman" da öz konseptini təqdim etmişdi. Şirkətin layihəsi vaxtilə "F-22 Raptor"a uduzan YF-23 qırıcısını xatırladır.
• ABŞ Hərbi Hava Qüvvələri isə öz altıncı nəsil təyyarəsini ayrıca hazırlamaq niyyətindədir. Bu layihə F-47 adlanır və onun istehsalçısı da "Boeing”dir.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 30 Avqust 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















