Boğaz ağrısı, diş sağlamlığı üçün unikal üsullar XALQ TƏBABƏTİ | Icma.az
Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.
BOĞAZ, AĞIZ VƏ DİŞ XƏSTƏLİKLƏRİNƏ QARŞI İŞLƏDİLƏN XALQ TƏBABƏTİ DƏRMAN MADDƏLƏRİ Angina zamanı təzə soyulmuş soğan iyləmək lazımdır.
Dezinfeksiyaedici, iltihabı aradan qaldırıcı dərman kimi angina və boğaz ağrısı zamanı çobanyastığı dəmləməsi ilə boğazı qarqara etmək yaxşı təsir edir.
Boğaz və diş ağrıları zamanı qurudulmuş qaraqınıq otunun dəmləməsi yaxşı təsir göstərən dərman vasitələrindəndir.
Hazırlanma qaydası: Bitki çiçək açan dövrdə onun yerüstü hissəsini toplayıb qurudur, toz halına salırlar.
Bu tozdan 2 çay qaşığı götürüb yarım litr suda 30 daqiqa müddətində dəmləyib süzməli.
Dozası: Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul etməli.
Boğaz ağrılarında, anginada, diş dibinin iltihabında büzüşdürücü və dezinfeksiyaedici dərman kimi adaçayı bitkisinin yarpaqlarından dəmləmə şəklində qarqara etmək üçün istifadə oluna bilər.
Tam oxu
Xəbəri oxu