Icma.az
close
up
RU
Boğaz ağrısı, diş sağlamlığı üçün unikal üsullar XALQ TƏBABƏTİ

Boğaz ağrısı, diş sağlamlığı üçün unikal üsullar XALQ TƏBABƏTİ

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

BOĞAZ, AĞIZ VƏ DİŞ XƏSTƏLİKLƏRİNƏ QARŞI İŞLƏDİLƏN XALQ TƏBABƏTİ DƏRMAN MADDƏLƏRİ

 Angina zamanı təzə soyulmuş soğan iyləmək lazımdır. Dezinfeksiyaedici, iltihabı aradan qaldırıcı dərman kimi angina və boğaz ağrısı zamanı çobanyastığı dəmləməsi ilə boğazı qarqara etmək yaxşı təsir edir. Boğaz və diş ağrıları zamanı qurudulmuş qaraqınıq otunun dəmləməsi yaxşı təsir göstərən dərman vasitələrindəndir. Hazırlanma qaydası: Bitki çiçək açan dövrdə onun yerüstü hissəsini toplayıb qurudur, toz halına salırlar. Bu tozdan 2 çay qaşığı götürüb yarım litr suda 30 daqiqa müddətində dəmləyib süzməli. Dozası: Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul etməli. Boğaz ağrılarında, anginada, diş dibinin iltihabında büzüşdürücü və dezinfeksiyaedici dərman kimi adaçayı bitkisinin yarpaqlarından dəmləmə şəklində qarqara etmək üçün istifadə oluna bilər. Angina zamanı limon işlətmək faydalıdır. Angina zamanı qarqara etmək məqsədilə palıd qabığı bişirməsi (1:10 nisbətində) əlverişlidir. Bu baxımdan dazıotu dəmləməsi da faydalıdır. Palıd qabığının dəmləməsini zəylə birlikdə büzüşdürücü qarqara dermanı kimi ağız boşluğu xəstəliklərində və boğaz ağrılarında işlətmək olar. Xərçəngboynu otunun kökümsov gövdəsindən bişirmə və tinktura həmçinin duru spirtli ekstrat şəklində ağız nahiyəsi, boğaz və diş xəstəliklərində iltihaba qarşı bakterisid dərman kimi qarqara şəklində istifadə etmək olar. Boğaz ağrılarında və stomatitlərdə gülümbahar çiçəklərini çay kimi dəmləyib qarqara etmək faydalıdır. Ağız boşluğunun zədələnməsi zamanı çaytikanı yağı yaxşı təsir edir. Boğaz və diş ağrıları zamanı kəklikotundan alınmış zəif konsentrasiyalı spirtli məhlulla qarqara etmek olar. Tərxun boğaz ağrısını kəsir. Bal şərbəti ilə qarqara etdikdə boğaz ağrısı sakitləşir, badamcıqların irini təmizlənir. Bal yedikdə isə ağız və damaq yarası sağalır. Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir. Qırtlağın iltihabı zamanı balın süd və ya razyana ilə qatışığı təsirli vasitə hesab edilir. Təzə göy noxudun suyu ilə ağızı qarqara edəndə damaq şişi və diş ağrısını aradan qaldırır. Boğaz ağrısı zamanı qoz şirəsi ilə qarqara etmək faydalı təsir edir. Qaydası: Taza qozun qabığını suyun üçdə biri qalanadək qaynadır və həmin miqdarda bal qanıb yenə üçdə biri qalanadək odda qatılaşdırırlar. Arpa ununun keşniş suyu ilə təpitməsi boğaz şişi üçün münasib hesab edilən dərmanlardandır. Tut şirəsi boğaz ağrısı üçün faydalıdır. Darçın, səsi bəlğəmlərdən təmizləyir, nəfəs borusunda olan yapışqanlı rütubəti aparır, ağızdan gələn pis qoxunu ləğv edir.

Sevinc Hüseynova 

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri