Böhrandan ən gözəl çıxış yolu toqquşmalardır... Səxavət Məmməd yazır | Icma.az
Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar demək olar heç bir nəticə vermir.
Ukrayna tərəfi ərazi güzəştinə getmək niyyətində deyil. Doğru olan da budur.
Ancaq Azərbaycan Ermənistan münaqişəsi də göstərdi ki, qanla gedən, qanla gəlir.
Yəni, müdafiə olunaraq qazanmağa ümid etmək doğru yanaşma deyil. Azərbaycan ərazilərini Ermənistan işğal etmişdi.
BMT-nin hətta əraziləri boşaltmaqla bağlı qətnamələri vardı. Tarix göstərdi ki, çirnellə yazılan yox, qanla yazılan sənin olur.
Ona görə də, Ukrayna öz sərhədlərinə çıxmaq üçün mütləq şəkildə döyüşməlidir. Sahədə itirərək masada qazanmaq kimi bir təcrübə yoxdur.
Rusiya da bunun fərqindədir. Ona görə də, hücumlarının kəsərini artırır, maksimum işğalı genişləndirmək istəyir.
Tam oxu
Xəbəri oxu