Icma.az
close
up
RU
Böhrandan ən gözəl çıxış yolu toqquşmalardır... Səxavət Məmməd yazır

Böhrandan ən gözəl çıxış yolu toqquşmalardır... Səxavət Məmməd yazır

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar demək olar heç bir nəticə vermir. Ukrayna tərəfi ərazi güzəştinə getmək niyyətində deyil. Doğru olan da budur. Ancaq Azərbaycan Ermənistan münaqişəsi də göstərdi ki, qanla gedən, qanla gəlir. Yəni, müdafiə olunaraq qazanmağa ümid etmək doğru yanaşma deyil. Azərbaycan ərazilərini Ermənistan işğal etmişdi. BMT-nin hətta əraziləri boşaltmaqla bağlı qətnamələri vardı. Tarix göstərdi ki, çirnellə yazılan yox, qanla yazılan sənin olur. Ona görə də, Ukrayna öz sərhədlərinə çıxmaq üçün mütləq şəkildə döyüşməlidir. Sahədə itirərək masada qazanmaq kimi bir təcrübə yoxdur. Rusiya da bunun fərqindədir. Ona görə də, hücumlarının kəsərini artırır, maksimum işğalı genişləndirmək istəyir. Yaxşı işğalçı anlayışı yoxdur. İşğalçıların hamısı eynidir. İşğala məruz qalanların da hamısı eynidir. Döyüşür, ölür, öldürür, ədalət axtarır, ikili standartlardan danışır. Ümumiyyətlə, ədalətli sülh anlaşıyı yoxdur. Dünyada ədalət var? Ədalət anlayışı olsaydı Qarabağla bağlı BMT qətnamələri işləyirdi, Fələstin dövləti yaranardı, canlı yayımda, dünyanın gözü qarşısında fələstinlilər qırılmazdı, Rusiya nəniki 2022-ci ildə Ukraynaya hücum edərdi, Krımı geri qaytarardı...

Azərbaycanda bir çoxları düşünür ki, Rusiya Ukrayna müharibəsi qısa zamanda bitməlidir. Soyuqqanlı düşünəndə, müharibənin qısa zamanda bitməsi Cənubi Qafqaz ölkələrinin strateji maraqlarına ziddir. Niyə? Çünki Rusiya Cənubi Qafqaza və Orta Asiyaya diqqət ayıracaq. Rusiyanın Cənubi Qafqazda təsir rıçakları mövcutdur? Bəli? Gəlin, bunu açaq.

Məlum 10 noyabr bəyanatı ilə birgə Qazax rayonunun 7 və Naxçıvanın Kərki (anklav) kəndinin Azərbaycana qaytarılması məsələsi gündəmə gəldi. Azərbaycan tərəfi rəsmi şəkildə bəyan etdi ki, Ermənistan bu kəndlərin geri qaytarılması ilə bağlı öhtəlik götürüb. Ermənistan tərəfi də bunu inkar etmədi. Ortada bir sənəd olmadığı üçün sənədə istinad edə bilmirəm. Xüsusilə anklav kəndlərin qaytarılması məsələsi iki ölkə arasında sülh müqaviləsinin bağlanması məsələsində ciddi düyün kimi görsənir. Misal üçün Ermənistan Qazax rayonunun 4 kəndini geri qaytardı. Ancaq bu Ermənistan hakimiyyəti üçün o qədər də asan başa gəlmədi. Ölkədə mitinqlər, yürüşlər baş verdi, həbslər dalğası oldu. Proses Ermənistanda sancılı həyata keçdi. Anklavların qaytarılması da Ermənistanda asan keçməyəcək. Sual yaranacaq ki, bu mövzunun Rusiya ilə nə əlaqəsi var? Əslində birbaşa əlaqəsi var. Rusiya onsuzda regionda çoxlu sayda bu tip minalar basdırıb. Anklavlar da bu minalardan biridir. Ermənistanda belə bir fikir səsləndir ki, Kərki ilə Gədəbəyin Başkəndi başabaş dəyişdirilməlidir. Rəsmi Bakının buna gedəcəyi inandırıcı deyil. Çünki Başkəndin heç bir strateji əhəmiyyəti yoxdur. Ancaq Azərbaycana qaytarılmalı olan kədlərin ciddi strateji əhəmiyyəti mövcutdur. Digər tərəfdən Ermənistan tərəfi rəsmi olaraq Başkəndi Azərbaycandan tələb edə bilmir. Əldə edilmiş razılaşmada Başkənddən söz açılmır. Rusiya açıq şəkildə bildirir ki, qısa zamanda Azərbaycanla Rusiya arasında sülh müqaviləsinin bağlanmasını istəmir. Rusiya anklavlar və digər bəhanələrlə yenidən prosesə müdaxilə edə bilər.

ATƏT-in Minsk qrupu ləğv edildi. Azərbaycan daha çox Rusiya bu regiondan sıxışdırılır tipli fikirlər səsləndirilir, yazılır. Ancaq real vəziyyətə baxdıqda Minsk qrupunun ləğvi ilə bu regiondan sıxışdırılıb çıxarılan ölkə Fransa oldu. Çünki Rusiyanın Ermənistanda hələ də təsir rıçakları var, anklavlar məsəsləsində vəziyyəti istənilən vaxt gərginləşdirə bilər, bundan əlavə müəyyən razılaşmalar da mövcutdur. Gürcüstan ərazisinin təxminən 20 faizinin işağlda olması da faktdır. ABŞ də regionda ən azı Vaşinqton bəyanatı ilə təmsil olunur. Açıq şəkildə deyə bilərik ki, Fransa bu regiondan tamamilə sıxışdırılıb çıxarılıb. Əlavə etmək lazımdır ki, Fransanın bu regiondan çıxarılmasında Azərbaycanın birbaşa rolu oldu və rəsmi Bakı dirəniş göstərdi. Məsələ bundan sonrakı mərhələdir. Bu region hansı ölkələrin təsir dairəsində olacaq? Rusiya və ABŞ-ni başa düşdük. Yeni oyunçunun bu regiona ayaq açmasına şərait yaradacaqlar? İsrailin o potensialı yoxdur, Almaniyanın da həmçinin. Əgər bu regiona üçüncü bir ölkə transfer olacaqsa, bu Böyük Britaniya ola bilər. Hətta düşünürəm ki, Fransanın sıxışdırılıb çıxarılmasında Böyük Britaniyanın ciddi rolu olub. Yeri gəlmişkən Ukraynada da Böyük Britaniya ilə Fransanın rəqabət içərisində olduğunu görmək olur.

Digər sual, regionda yenidən münaqişə ola bilər? Mümkün variantdır. Əgər Rusiya bu regionda varlığını sübut etmək istəyəcəksə, anklavlar üzərindən Ermənistan daxilində müəyyən proseslər apara bilər və Zəngəzur dəhlizi adlanan istiqamətində isə münaqişə yarada bilər. 2020-ci ilin 10 noyabr bəyanatından sonra da yazırdım, əgər regionda yeni münaqişə yaranacaqsa, bu dəfə bu münaqişə ocağı Ermənistan ərazisində olacaq. Ən azı Rusiya bir neçə dəfə buna cəhdlər edib, sadəcə olaraq Azərbaycan tərəfi Ermənistanın yaşayış məntəqələrinə enməyib. Enmək şansı bir neçə dəfə olsa da, sadəcə rəsmi Bakı Rusiyanın bu oyununa gəlməyib. Hazırda dünyada böhranlı bir vəziyyət yaranıb. Böhranın daha da dərinləşməsi gözləniləndir. Məlum böhran bizim regiondan da yan keçə bilməz. Böhrandan ən gözəl çıxış yolu isə toqquşmalardır. Bu məsələdə Azərbaycan və Ermənistan tərəfinin mövqeyindən, dirənişindən çox şey aslıdır. Hazırkı Ermənistan hakimiyyəti də bu məsələdən yan keçmək xətti tutub. Ən azı Paşinyan hakimiyyətinin necə addım atacağını proqnoz etmək mümkündür. Ancaq Paşinyan seçkilərdə uduzarsa və Rusiyanın dəstəklədiyi qüvvələr hakimiyyətə gələrsə, o zaman hadisələrin necə inkişaf edəcəyini demək mümkün deyil. Hətta bunu rəsmi Bakı da proqnozlaşdıra bilmir. Azərbaycan tərəfi yalnız proseslərə adekvat davranmaq üçün hazırlıqlar görə bilir və proseslər onu göstərir ki, addımlar da bu istiqamətdə atılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Dekabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri