Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarını
AMB sədri Taleh Kazımovun imzaladığı yeni qərarda bildirilir ki, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb.
Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.Məlumat üçün qeyd edək ki, Bank olmayan kredit təşkilatı (BOKT) - xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.
BOKT-lar öz vəsaiti və ya cəlb edilən vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan şəxsdir.
BOKT-ların banklardan əsas üstünlüyü burada kreditin daha əlçatan olmasıdır.
Belə ki, BOKT-lardan kredit almaq üçün əksər hallarda tək şəxsiyyət vəsiqəsi kifayət edir.
BOKT-lar kredit verən zaman rəsmi iş yeri və gəlir kimi tələblər irəli sürmürlər.