Icma.az
close
up
RU
BOKTların nizamnamə kapitalı 3 dəfə artırıldı Mərkəzi Bankın yeni qərarı nəyi dəyişəcək? AzPolitika onlayn siyasiictimai qəzet

BOKTların nizamnamə kapitalı 3 dəfə artırıldı Mərkəzi Bankın yeni qərarı nəyi dəyişəcək? AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nı təsdiq edib. AMB sədri Taleh Kazımovun imzaladığı yeni qərarda bildirilir ki, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb. AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Məlumat üçün qeyd edək ki, Bank olmayan kredit təşkilatı (BOKT) - xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-lar öz vəsaiti və ya cəlb edilən vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan şəxsdir. 

BOKT-ların banklardan əsas üstünlüyü burada kreditin daha əlçatan olmasıdır. Belə ki, BOKT-lardan kredit almaq üçün əksər hallarda tək şəxsiyyət vəsiqəsi kifayət edir. BOKT-lar kredit verən zaman rəsmi iş yeri və gəlir kimi tələblər irəli sürmürlər. Bu səbəbdən son dönəmlər BOKT-ların kredit bazarında mövqeyinin gücləndiyi müşahidə edilir. 

Kredit portfeli hələlik banklardan qat-qat aşağı olsa da, BOKT-lar getdikcə maliyyə sektorundakı boşluqları doldurmaqdadırlar. Xatırladaq ki, 2024-cü ilin sentyabrın sonuna BOKT-ların ümumi kredit portfeli 745 milyon manat təşkil edir. Müqayisə üçün bildirək ki, həmin tarixə bankların ümumi kredit portfeli 26,7 milyard manatdır və bu BOKT-ların kreditlərindən 35 dəfə artıqdır. Bununla yanaşı, BOKT-ların kreditləri daha sürətlə artır. Belə ki, son bir ildə qeyri-bank təşkilatlarının kreditlərində 196 milyon manat və ya 36% artım baş verib. 2024-cü ilin oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda 57 BOKT var. BOKT-ların 1-i dövlətə məxsusdur, 56-sı isə özəl təşkilatlardır. BOKT-ların hazırda 230,4 milyon manat dəyərində nizamnamə kapitalı var. Cəmi kapital isə 462,2 milyon manat təşkil edir.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, əslində bu, yeni bir tendensiya deyil, sözügedən qərar illər öncə qəbul edilib:“Əvvəl bu məbləğ 300 min manat olub. Ancaq biz baxsaq görərik ki, o dövrlə ölkənin indiki vəziyyəti müqayisə olunacaq səviyyədə deyil. Pul əvvəlki alıcılıq qabiliyyətini itirib. İndi bu məbləğ yüksək görsənsə də, elə əvvəlki 300 min manata bərabərdir”.

Ekspert qeyd edib ki, bir çox BOKT-ların kapital tələbini icra etmək imkanları məhdud səviyyədə deyil:“Bəzi BOKT-ların nizamnamə kapitalı 1 milyon manatdan çoxdur. Bir çoxlarının isə bu 1 milyon tələbini qarşılamaq üçün kapital ehtiyatları var. Yəni, bu tələb onlar üçün problem olmayacaq. 1 milyondan aşağı vəsaiti olan BOKT sahibləri isə nizamnamə kapitalına pul qoymalıdırlar. Düşünürəm ki, BOKT sahibləri kasıb deyillər ki, nizamnamə kapitalını 500-600 min manat artırmaq onlara çətin olsun”.

X. Kərimlinin sözlərinə görə, hökumət BOKT-ların nizamnamə kapitalını qaldırmaqla sözügedən sahədə iştirakçıların məsuliyyətini artırmaq istəyir:“BOKT-lar depozit cəlb etməsələr də, cəmiyyətdə kreditləşməni təşkil edirlər. Mən bu qərarın çox düzgün olduğunu düşünürəm. BOKT səhmdarları bu sahəyə əlavə resurs qoyacaqlar. Bu kiçik BOK-ların da imkanlarını yaxşılaşdıracaq. Eyni zamanda əlavə pul qoyduqları üçün məsuliyyətləri də artacaq”.

Qeyd edək ki, Mərkəzi Bank BOKT-ların verdiyi gündəlik kreditlərə dair də bir sıra tələblər müəyyənləşdirib. Həmin tələblər bunlardır:

- Kredit milli valyutada verilir;

- Maksimum məbləği 500 manatdır;

- Gündəlik faiz dərəcəsi maksimum 0,3 %-dir;

- Qaytarılma müddəti maksimum 45 gündür;

- Gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır;

- Kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 %-dən çox olmamalıdır;

- Gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır;

- Təminatı qismində daşınmaz və ya daşınar əmlak çıxış etmir;

- Restrukturizasiya olunmur.

E. Bəyməmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Noyabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri