Bölgə klubunda yeni təyinat

03.06.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bölgə klubunda yeni təyinat

Azərbaycan 1-ci Liqa klubu "Şahdağ Qusar"ın yeni idman direktoru bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Neftçi"nin yetirməsi olan Məhəmməd Bədəlbəyli komandada idman direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Bədəlbəyli MOİK, "Neftçala", "Qaradağ Lökbatan", "Şuşa", "Lokomotiv" və "Binə" klublarının şərəfini qoruyub. O, "Neftçala"nın heyətində Birinci Liqanın qalibi olduqdan sonra Premyer Liqa təmsilçisi AZAL-a transfer edilib.

Məhəmməd Bədəlbəylinin legioner təcrübəsi də var. O, Türkiyənin "Türk Birlikspor" və "Bingölspor" klublarının formalarını geyinib.

Xatırladaq ki, məşqçilik fəaliyyətinə "Leon Uşaq Futbol Klubu"nda başlayan Bədəlbəyli daha sonra Qarabağ Akademiyasının U-17 və U-19 komandalarında çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью