Bölgə klubunda yeni təyinat
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan 1-ci Liqa klubu "Şahdağ Qusar"ın yeni idman direktoru bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Neftçi"nin yetirməsi olan Məhəmməd Bədəlbəyli komandada idman direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Bədəlbəyli MOİK, "Neftçala", "Qaradağ Lökbatan", "Şuşa", "Lokomotiv" və "Binə" klublarının şərəfini qoruyub. O, "Neftçala"nın heyətində Birinci Liqanın qalibi olduqdan sonra Premyer Liqa təmsilçisi AZAL-a transfer edilib.
Məhəmməd Bədəlbəylinin legioner təcrübəsi də var. O, Türkiyənin "Türk Birlikspor" və "Bingölspor" klublarının formalarını geyinib.
Xatırladaq ki, məşqçilik fəaliyyətinə "Leon Uşaq Futbol Klubu"nda başlayan Bədəlbəyli daha sonra Qarabağ Akademiyasının U-17 və U-19 komandalarında çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 03 İyun 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















