Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Bakı və Ankara İrəvanın mötəbər tərəfdaşlarına çevrilə bilər Son illər beynəlxalq münasibət
Artıq dövlətlərin diplomatik addımları gələcək siyasi proseslərin istiqamətini müəyyənləşdirən strateji siqnallar kimi dəyərləndirilir.
Məhz buna görə Azərbaycan ilə Türkiyə arasında təşkil olunan hər yüksək səviyyəli təmas həm regionda formalaşmaqda olan yeni güc balansını nümayiş etdirir, həm də qarşıdakı mərhələdə baş verə biləcək proseslər barədə mühüm ipucları verir.
ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası ötən gün öz işinə başlayıb.
Tədbirə təşkilatın 57 iştirakçı dövləti, həmçinin əməkdaşlıq üzrə 11 tərəfdaş ölkənin xarici işlər nazirləri qatılıb.
Belə geniş formatlı toplantı region diplomatiyasında əsas istiqamətlərin müəyyənləşdiyi platformaya çevrildiyindən, iclas çərçivəsində Azərbaycan və Türkiyənin XİN başçıları Ceyhun Bayramov və Hakan Fidan arasında reallaşan görüş xüsusilə ön plana çıxır.
Məhz bu çərçivədəki təmas iki ölkənin strateji əməkdaşlığının davamlılığını nümayiş etdirməklə yanaşı, Cənubi Qafqazda qarşıdakı aylarda formalaşa biləcək siyasi proseslərin konturlarını da müəyyənləşdirir.
Nəzərə alaq ki, nazirlərin müzakirə etdikləri mövzular həm Azərbaycan–Türkiyə münasibətlərinin hazırkı mərhələsini daha aydın göstərir, həm də regional siyasətdə Bakı və Ankaranın paralel mövqelərinin hansı istiqamətdə inkişaf etdiyini ortaya qoyur.