Icma.az
close
up
RU
Bölgədə sülh və ədalətli nizam quruculuğu

Bölgədə sülh və ədalətli nizam quruculuğu

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bakı və Ankara İrəvanın mötəbər tərəfdaşlarına çevrilə bilər

Son illər beynəlxalq münasibətlər sistemində baş verən dərin struktur dəyişiklikləri fonunda region ölkələrinin xarici siyasətində hər bir görüşün çəkisi nəzərəçarpacaq dərəcədə artıb. Artıq dövlətlərin diplomatik addımları gələcək siyasi proseslərin istiqamətini müəyyənləşdirən strateji siqnallar kimi dəyərləndirilir. Məhz buna görə Azərbaycan ilə Türkiyə arasında təşkil olunan hər yüksək səviyyəli təmas həm regionda formalaşmaqda olan yeni güc balansını nümayiş etdirir, həm də qarşıdakı mərhələdə baş verə biləcək proseslər barədə mühüm ipucları verir.

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası ötən gün öz işinə başlayıb. Tədbirə təşkilatın 57 iştirakçı dövləti, həmçinin əməkdaşlıq üzrə 11 tərəfdaş ölkənin xarici işlər nazirləri qatılıb. Belə geniş formatlı toplantı region diplomatiyasında əsas istiqamətlərin müəyyənləşdiyi platformaya çevrildiyindən, iclas çərçivəsində Azərbaycan və Türkiyənin XİN başçıları Ceyhun Bayramov və Hakan Fidan arasında reallaşan görüş xüsusilə ön plana çıxır. Məhz bu çərçivədəki təmas iki ölkənin strateji əməkdaşlığının davamlılığını nümayiş etdirməklə yanaşı, Cənubi Qafqazda qarşıdakı aylarda formalaşa biləcək siyasi proseslərin konturlarını da müəyyənləşdirir. Nəzərə alaq ki, nazirlərin müzakirə etdikləri mövzular həm Azərbaycan–Türkiyə münasibətlərinin hazırkı mərhələsini daha aydın göstərir, həm də regional siyasətdə Bakı və Ankaranın paralel mövqelərinin hansı istiqamətdə inkişaf etdiyini ortaya qoyur.

Görüşün fonunu daha dolğun anlamaq üçün paralel proseslərə də diqqət yetirmək lazımdır. Belə ki, xüsusilə bu ilin ikinci rübündən etibarən Cənubi Qafqazda həm siyasi, həm də infrastruktur səviyyəsində yeni mərhələyə keçidi göstərən dinamiklik müşahidə olunur. Avqust ayında Vaşinqtonda sülh sazişi üzrə razılaşdırılmış mətnin praktiki həyata keçirilməsi istiqamətində tərəflər sərhəd komissiyalarının işini aktivləşdirib. Son olaraq noyabrın 28-də Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirildi. Görüş paraflama mərhələsindən sonrakı dövrdə reallaşdığı üçün ümumi tonun daha konstruktiv və müsbət olması ilə yadda qaldı. Bu baxımdan növbəti toplantılar, heç şübhəsiz, bölgədəki qeyri-müəyyənliklərin azalmasına xidmət edən amillərdən birinə çevriləcək. Eləcə də TRIPP marşrutu üzrə əldə olunmuş anlaşma nəqliyyat infrastrukturunda tamamilə yeni xəritə formalaşdırmağa başlayıb.

Mövcud fonda Ankara İrəvan üçün həlledici aktor kimi çıxış edir. Çünki sülh prosesindən sonrakı mərhələdə Ermənistanın gələcək siyasi və iqtisadi trayektoriyası dolayısı ilə Türkiyənin atacağı addımlardan asılı olacaq. Həftənin əvvəlində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirilən brifinqdə Avropa İttifaqının sülh və dayanıqlıq təşəbbüsləri çərçivəsində Ermənistana 15 milyon dollar ayırdığını açıqladı. Elə həmin gün qurumun genişlənmə siyasəti üzrə komissarı Marta Kos da bildirdi ki, Avropa İttifaqı Ermənistanın enerji təhlükəsizliyini və diversifikasiyasını gücləndirmək məqsədilə 500 milyon avroluq investisiya ayıracaq. İrəvana vəd edilən bu maliyyə paketləri ilk baxışdan ölkənin inkişafına ciddi stimul kimi görünür. Lakin Ermənistanın yerləşdiyi geosiyasi mühit Aİ–Ermənistan əməkdaşlığının dərinləşməsi üçün həm siyasi, həm təhlükəsizlik, həm də tranzit baxımından ciddi risklər yaradır. Bundan başqa, avrozonada Ermənistanla münasibətlərin genişləndirilməsini tam dəstəkləməyən ölkələrin mövcudluğu da bu prosesin kompleksliyini daha da artırır.

Bu siyahıda ilk olaraq Macarıstanın adını çəkmək olar. Budapeşt bir neçə dəfə Aİ-nin Ermənistana maliyyə yardımının ayrılmasını bloklamaq üçün veto tətbiq edib və bu vəsaitin yalnız eyni mexanizmdən Azərbaycana da müvafiq həcmdə dəstək ayrıldığı halda açılacağını bəyan edib. Macarıstan rəsmiləri bildiriblər ki, təkcə Ermənistanı silahlandıran, Azərbaycanı isə kənarda qoyan hər hansı paket regiondakı sabitliyi poza bilər və bu arqument praqmatik yanaşma kimi qiymətləndirilir. Bundan başqa, bir sıra alman siyasətçiləri də Ermənistan naminə Azərbaycanın strateji əhəmiyyətini zəiflədə biləcək balans dəyişikliklərinin məqsədəuyğun olmadığını vurğulayıblar. Bütün bu faktlar göstərir ki, avrozonada İrəvana münasibət heç də birmənalı deyil. Bu isə gələcəkdə Aİ-nin Ermənistanla əməkdaşlıq strategiyasını, o cümlədən mümkün üzvlük perspektivlərini və maliyyə dəstək paketlərini yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.

Bütün bu qeyri-müəyyənlik fonunda aydın görünən bir həqiqət var. Ermənistan üçün ən etibarlı və real inkişaf tərəfdaşları elə Azərbaycan və Türkiyədir. Çünki İrəvanın iqtisadi dirçəlişi, regional nəqliyyat şəbəkələrinə qoşulması, enerji təhlükəsizliyinin təminatı və sabit siyasi mühit əldə etməsi yalnız regiondaxili rasional əməkdaşlıq modeli ilə mümkündür. Aİ və digər aktorlar müxtəlif siyasi şərtlər, balans hesablamaları və geosiyasi risklər üzərindən hərəkət etdiyi halda, Bakı və Ankara bölgənin real təhlükəsizlik arxitekturasını müəyyənləşdirən iki əsas qüvvədir və onların konstruktiv mövqeyi Ermənistan üçün ən qısa və etibarlı inkişaf yolunu açır. Gələcək dövrdə sülh sazişinin icrası, TRIPP xəttinin tam aktivləşməsi və sərhədlərin mərhələli açılması göstərəcək ki, Ermənistanın rifahı məhz regionda stabilliyi təmin edən bu iki aktordan asılıdır və onların yaratdığı əməkdaşlıq mexanizmləri İrəvan üçün ən dayanıqlı perspektivi təqdim edir.

Tural İSMAYILOV,
politoloq

Azərbaycan–Türkiyə koordinasiyasının regiondakı yeni siyasi nizamlanmanın aparıcı mexanizminə çevrilməsi prosesi bir neçə paralel dinamikanın qarşılıqlı təsiri ilə formalaşır. ATƏT-in 32-ci Nazirlər Şurası çərçivəsində Ceyhun Bayramov və Hakan Fidan arasında keçirilmiş görüş bu baxımdan mühüm əlamətdir. Görüşdə tərəflərin koordinasiyalı mövqeyi yalnız sülh prosesinə deyil, həm də tranzit və nəqliyyat xətlərinin yenidən qurulmasına, həmçinin regional aktorların rolu və davranış strategiyalarına təsir göstərir.

Paraflama mərhələsindən sonrakı konstruktiv delimitasiya görüşləri və TRIPP marşrutunun aktivləşməsi bölgədə qeyri-müəyyənlikləri azaltmaqla yanaşı, konkret iqtisadi və logistika həlləri də təqdim edir. TRIPP marşrutu, xüsusən Azərbaycan–Türkiyə koordinasiyasını regional nəqliyyat və ticarət xəritəsinin mərkəzi elementi kimi möhkəmləndirir.

İran–Rusiya faktorunda isə dəyişikliklər ola bilir. Tehran və Moskvanın davranışının dəyişməsi Azərbaycan–Türkiyə koordinasiyasının daha proaktiv və sərbəst hərəkət etməsinə imkan yaradır və iki ölkə həmrəyliyinin gücü də ortadadır. Bu isə diplomatik manevr sahəsini genişləndirir, prosesin sürətlənməsinə və sülh gündəliyinin konkret nəticələrə çevrilməsinə şərait yaradır.

Nəticə olaraq, Azərbaycan–Türkiyə tandeminin aparıcı mexanizmə çevrilməsində əsas olan qardaşlıq və onun nəticələrinin konkret iqtisadi-logistika layihələrinə – xüsusən TRIPP marşrutuna – bağlanmasıdır. İran və Rusiya faktorunda yaranan dəyişikliklər prosesin sürətini və riskləri tənzimləyir, lakin koordinasiyanın strateji rolunu müəyyən edən əsas səbəb Azərbaycanın diplomatik təşəbbüsü və Ankara ilə sistemli koordinasiyasıdır. Bu tandem həm regional liderliyin, həm də uzunmüddətli stabilliyin təmin olunmasında həlledici aktor kimi özünü göstərir.

Əlavə olaraq, prosesin davamlılığı üçün Bakı–Ankara koordinasiyası həm hüquqi, həm də icra mexanizmlərinə söykənmir, qardaşlıq ən üst səviyyədədir. Bu, regional siyasi nizamlanmanın möhkəmliyini təmin edən və tərəflərin qarşılıqlı öhdəliklərini real nəticələrlə təsdiqləyən mexanizmdir.

Tacir SADIQOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Dekabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri