GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, İranın cənub-şərqində 710 min ildir sönmüş hesab edilən Taftan vulkanında aktivlik əlamətləri qeydə alınıb.
Təxminən 4000 metr hündürlüyü olan vulkan Pakistanla sərhədə yaxın Sistan və Bəlucistan əyalətində yerləşir.
710 min illik vulkanın püskürməsi nə dərəcədə təhlükəlidir? Bu, bölgə üçün də risklidirmi?
Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, Yer qabığında gedən tektonik proseslər bəzən dağəmələgəlmə prosesləri kimi də xarakterizə olunur: “Soyumuş yer qabığı plazma halında olan maqmanın üzərində hərəkət edir.
Yer nüvəsindəki termonüvə prosesləri nəticəsində ayrılan enerji, təzyiq altında yer qabığında tavaların dreyfinə səbəb olur.
Həmin zonalarda aktiv dağəmələgəlmə və paralel vulkanik hadisələr baş verir.
Tavaların hərəkəti nəzəriyyəsinə görə, Yer səthində bu proseslər müxtəlif istiqamətlərdə və sürətlərdə müşahidə olunur.