Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Sumqayıt şəhərində 29 yaşlı oğlan tanışına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə şəhərin Beton zavod ərazisində yerləşən “Tovuz” kafesinin yaxınlığında baş verib.
Salyan rayon sakini, 1996-cı il təvəllüdlü Əsəd şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Rafailin sol gicgah nahiyyəsindən vurub.
Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurm
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 4 ilə yaxın müddətdir Rafail ilə tanışlığı var: “Təxminən məlum hadisədən 1 ay öncə problemim olması səbəbindən ondan 100 manat borc aldım.
Lakin imkanım olmadığından qaytara bilmirdim. Hadisə günü, saat 23.00-da ona zəng etdim, borcu istədim. Rafail pulu olmadığını bildirdi.
Ondan harada olmasını soruşdum. “Tovuz” kafesinin yaxınlığında olmasını bildirdi.