Icma.az
close
up
RU
Borca görə tanışına xəsarət yetirdi

Borca görə tanışına xəsarət yetirdi

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt şəhərində 29 yaşlı oğlan tanışına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə şəhərin Beton zavod ərazisində yerləşən “Tovuz” kafesinin yaxınlığında baş verib. 
Salyan rayon sakini, 1996-cı il təvəllüdlü Əsəd şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Rafailin sol gicgah nahiyyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 4 ilə yaxın müddətdir Rafail ilə tanışlığı var: “Təxminən məlum hadisədən 1 ay öncə problemim olması səbəbindən ondan 100 manat borc aldım. Lakin imkanım  olmadığından qaytara bilmirdim. Hadisə günü, saat 23.00-da ona zəng etdim, borcu istədim. Rafail pulu olmadığını bildirdi. Ondan harada olmasını soruşdum. “Tovuz” kafesinin yaxınlığında olmasını bildirdi. Təxminən saat 23.30-da Rafailə zəng edərək kafenin yaxınlığında olduğumu bildirdim və onu görüşə çağırdım”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Rafail onun yanıma gəlib və kafenin arxa hissəsinə keçdikdən sonra yenidən borcu geri istəyib: “Bu zaman aramızda olan mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək Rafailin sol üz nahiyyəsinə yumruq zərbəsi vurdum. Ona xəsarət yetirdim.
Bundan sonra yaşadığım ünvana qayıtdım”. 
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin ondan şikayətini geri götürməsini nəzərə alıb. 
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri