Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kişi Pəri həm də müsəlman dünyasının 1-ci qadın parlament üzvü sayılır Azərbaycan qadını tarixin bütün dövrlərində özünün nəcibliyi, mərdliyi, qəhrəmanlığı, sədaqəti, dözümü, mərhəməti ilə tanınıb.
Elə qadınlarımız da olub ki, qeyrəti, dəyanəti ilə el arasında “kişi” adı qazanıblar.
Qədim Borçalının Qarayazı mahalında (indi Gürcüstanın Qardabani rayonu) yaşamış, “Kişi Pəri” – Pəri xanım Sofiyeva belə qadınlarımızdan biri olmuşdur.
Azərbaycan və Gürcüstan mətbuatından əlavə, 1992-ci ildə Böyük Britaniyanın “The Guardian” nəşrinin hazırladığı, qadınların siyasi proseslərdə iştirakını əks etdirən interaktiv dünya xəritəsində də rast gəlirik.
Bu, təsadüfi deyil. Kişi Pəri 1918-ci ildə Gürcüstanın Müəssislər Məclisinə (parlamentinə) seçilmiş 5 qadın deputatdan biri olub.
Pəri xanım Sofiyeva 1884-cü ildə Gürcüstanın azərbaycanlılar yaşayan Qarayazı bölgəsinin Qaracalar kəndində zəngin ailədə dünyaya göz açıb.
Həyatının ilk illərini Çar Rusiyası dövründə yaşamış bu qadın el-obasında özünün mərdliyi, sözübütövlüyü, xalqa can yandırması ilə məşhurluq qazanıb.