Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Borçalının deputat qızı

Borçalının deputat qızı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kişi Pəri həm də müsəlman dünyasının 1-ci qadın parlament üzvü sayılır

Azərbaycan qadını tarixin bütün dövrlərində özünün nəcibliyi, mərdliyi, qəhrəmanlığı, sədaqəti, dözümü, mərhəməti ilə tanınıb. Elə qadınlarımız da olub ki, qeyrəti, dəyanəti ilə el arasında “kişi” adı qazanıblar.

Qədim Borçalının Qarayazı mahalında (indi Gürcüstanın Qardabani rayonu) yaşamış, “Kişi Pəri” – Pəri xanım Sofiyeva belə qadınlarımızdan biri olmuşdur.

Azərbaycan və Gürcüstan mətbuatından əlavə, 1992-ci ildə Böyük Britaniyanın “The Guardian” nəşrinin hazırladığı, qadınların siyasi proseslərdə iştirakını əks etdirən interaktiv dünya xəritəsində də rast gəlirik. Bu, təsadüfi deyil. Kişi Pəri 1918-ci ildə Gürcüstanın Müəssislər Məclisinə (parlamentinə) seçilmiş 5 qadın deputatdan biri olub.

Pəri xanım Sofiyeva 1884-cü ildə Gürcüstanın azərbaycanlılar yaşayan Qarayazı bölgəsinin Qaracalar kəndində zəngin ailədə dünyaya göz açıb. Həyatının ilk illərini Çar Rusiyası dövründə yaşamış bu qadın el-obasında özünün mərdliyi, sözübütövlüyü, xalqa can yandırması ilə məşhurluq qazanıb. Nəticədə, 34 yaşında, 1918-ci ildə yaşadığı regionda keçirilmiş səsvermə zamanı rəqibi olan Gürcüstan Sosialist Federalistlər Partiyasının namizədini məğlub edərək, bitərəf namizəd kimi Gürcüstan parlamentinə daxil olub.

Onun cəmi 2 illik deputatlıq dövrü gərgin siyasi çaxnaşmalar şəraitində keçib. Bununla belə, xanım deputat öz xalqı qarşısında borcunu şərəflə yerinə yetirməyə çalışıb. Həmişə şəxsi faytonu və “Mauzer” markalı silahı ilə gəzən Pəri xanım Tiflisdə yaşasa da, tez-tez doğma elinə gələr, insanlarla ünsiyyətdə olar, problemlərinin həllinə kömək edərmiş. Yaxın-uzaq kəndlərdən ona kömək üçün edilən müraciətlər cavabsız qalmazmış.

Pəri xanım gürcü hökumətinə təsir edərək öz kəndlərinə yaxın ərazidən keçən dəmir yolu çəkdirib, stansiya binası inşa etdirib. Azərbaycanın Gürcüstanla həmsərhəd kəndlərindən də ona müraciət edənlər olurmuş.

Gürcüstan bolşeviklər tərəfindən işğal edildikdən sonra Pəri xanım və ailəsinin qara günləri başlayıb. 1921-ci ildə onların bütün mülkləri müsadirə edilib. Stalinin “Böyük təmizləmə” kampaniyası zamanı Pəri xanımın 9 qardaşından 5-i güllələnib və kütləvi məzarlıqlarda dəfn edilib. Qardaşlarının öldürülməsindən sonra bu qadın həyatını yalnız onların övladlarını böyüdüb oxutmağa həsr edib. Pəri xanım 1953-cü ildə qardaşı övladlarından birinin həbs edilməsi xəbərini eşidərkən infarkt keçirərək vəfat edib.

1918-ci ilin payızında gürcü mətbuatı fəxrlə yazıb: “Çox sevindirici bir hadisəni qeyd etmək yerinə düşər: deputat seçilənlər siyahısında Qarayazı rayonundan namizədliyi irəli sürülmüş müsəlman qadın Pəri xanım Sofiyeva da var”.

Gürcüstanda qurulmuş demokratik respublikanın tarixi ilə bağlı araşdırma aparan tarixçi İrakli Xvadaqiani o vaxt Tiflis quberniyasından seçilən deputatların siyahısı ilə tanış olarkən bir müsəlman qadının da adına da rast gəlir. Beləcə, müsəlman dünyasında ilk qadın deputat olan Pəri xanım Sofiyevanın adı tarix elminə də düşür.

Gürcüstanın Avropa Şurası Parlament Assambleyası üzvlüyünün 20 ili tamam olanda Gürcüstanın Baş naziri Mamuka Baxtadze ölkəsinin demokratik ənənələridən bəhs edib. Baş nazirin çıxışından sonra Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bildirib: Gürcüstan Avropa Şurası üzvü olan nadir ölkələrdəndir ki, hələ 1918-ci ildə bu ölkədə qadın deputat olub və həmin qadın Gürcüstan vətəndaşı olan azərbaycanlı Pəri xanım Sofiyeva idi”.

Gürcüstan parlamentinin müstəqil deputatı Tariel Nakaidze deyib: “Pəri xanım ölkəmizin müstəqilliyini və şərəfini qoruyub”.

Pəri xanımın qardaşı oğlunun həyat yoldaşı Rəşğəndə Sofiyeva deyib: “Qaraçalar kəndində ən böyük nəsil bu gün də Sofiyevlərdir. Kəndin bütün əhalisi Pəri xanımın adını həmişə hörmətlə yad edir. Çünki Pəri xanım çox möhtəşəm qadın idi. Qadın kimi anadan olsa da, həyatını kişi kimi yaşayıb. Sözü çox ötkəm, kəsərli idi. Kişilər də ondan çəkinirdilər. Kənddə kimin problemi olsaydı, onun yanına gələr, məsləhət alardı. Bolşeviklər gələndə o, yenə Quran oxumağından qalmadı, yenə də “Mauzer”i ilə gəzdi, sovet hökumətinə tabe olmadı. Pəri xanım həyatını qardaşı uşaqları üçün şam kimi əritdi, onlara yüksək təhsil verdi. Onlar da Pəri xanımın əməyini itirmədilər, həkim, müəllim, elm adamı oldular”.

Pəri xanımın qardaşı nəvəsi Bəyzad Sofiyev Qaraçala kənd məktəbində tarix müəllimidir, o da nənəsini qəhrəman, mübariz qadın kimi xatırlayır. Nəvəsi Əli Sofiyev isə deyir: “Pəri nənəmi sağlığında görmək mənə nəsib olmayıb. Amma anamdan, atamdan, əmilərimdən onun haqqında çox bilgilər almışam. Ailədə 9 qardaş, 3 bacı olublar. Pəri xanım ailə həyatı qurmayıb, övladı olmayıb. Qardaşı qızı Pompul xanımı övladlığa götürüb. Amma o biri qardaşı qızlarını da böyüdüb və təhsil almalarına şərait yaradıb”.

Əli Sofiyev qeyd edir ki, Pəri xanımın təkcə öz kəndində deyil, bütün Qarayazı zonasında sözü keçib. Ona görə də “Kişi Pəri” ləqəbini qazanıb. O, bəzən ədalətsizlik, haqsızlıq görəndə hətta kişilərə də barmaq silkələməkdən çəkinməzmiş. Pəri xanım məclislərə daxil olanda kişilər də ayağa dururmuş. Bir sözü iki olmazmış. Zabitəli qadın olub. Azərbaycan dili ilə yanaşı, gürcü, rus dillərini də mükəmməl bilib.

Bu nəsildən bir çox ziyalılar çıxıb. Görkəmli coğrafiyaçı-alim, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun sabiq direktoru, akademik Ramiz Məmmədov Pərixanımın qardaşı Məcid ağanın nəvələrindəndir.

Əli Sofiyev deyir ki, son illərdə Pəri xanım Sofiyevanın məzarı yenidən düzəldilib: “Onun məzarı çox baxımsız idi. Azərbaycan Cümhuriyyətinin 100 illiyində Azərbaycanın Gürcüstandakı səfirliyi Heydər Əliyev Fondunun dəstəyi ilə məzarı abadlaşdırmaq istədi. Amma sonra Gürcüstan hökuməti bu işi öz üzərinə götürdü. Hökumət rəsmiləri mənə dedilər ki, Pəri xanım Sofiyeva Gürcüstan vətəndaşı olub: “Yaxşı olar ki, bu işi biz görək”. Mən bu məsələnin həllinə görə Azərbaycan səfirliyinə və Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm”.

Beləliklə, el arasında “Kişi Pəri” kimi tanınan, qadın olmasına baxmayaraq, hər zaman silahla özünün şəxsi faytonunda gəzən, müsəlman dünyasının ilk qadın deputatı olan Pəri xanım Sofiyevanın adı da Gürcüstanda əbədiləşdirilib. “Tbilisinin xatirə skamyaları” adlı layihə çərçivəsində Azadlıq meydanındakı skamyalardan birinə müsəlman dünyasında ilk qadın deputat olan Pəri xanım Sofiyevayanın adı yazılmış lövhə vurulub.

Nəriman ƏLİYEV,
Paşa ƏMİRCANOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Mart 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri