Boris Conson Rusiyanı məğlub etməyin yolunu göstərdi: Bu ilin sonuna qədər... | Icma.az
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir. Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Rusiya–Ukrayna müharibəsinin gedişa
Turkustan.az xəbərinə görə, o, “GB News”a müsahibəsində bildirib ki, ABŞ prezidenti Donald Tramp daha sərt mövqe nümayiş etdirsə, bu müharib
Conson deyib: “Tramp öz intuiziyasına qulaq asmalı və Rusiyaya qarşı iqtisadi sanksiyaları sərtləşdirməlidir.
Əgər ABŞ bu istiqamətdə təzyiqi artırsalar, ardınca Böyük Britaniya və digər Avropa ölkələri dəstəkləsə, real dəyişikliklər baş verə bilər və bu müharibə ilin sonuna qədər bitə bilər”.
Keçmiş baş nazirin fikrincə, Rusiya prezidenti Vladimir Putin indiki şəraitdə göründüyündən daha zəif vəziyyətdədir.
Conson vurğulayıb ki, Ukraynanın neft emalı zavodlarına hücumları nəticəsində Rusiyada ciddi problemlər yaranıb və artıq ölkədə benzin qıtlığı müşahidə olunur.
Boris Conson hesab edir ki, ABŞ-ın liderliyi və Qərbin birgə addımları Moskvanı geri çəkilməyə məcbur edə bilər.
Onun sözlərinə görə, bunun üçün vaxt hələ də var, əsas məsələ Tramp administrasiyasının atacağı addımlardır.
Tam oxu
Xəbəri oxu