Boris Conson Rusiyanı məğlub etməyin yolunu göstərdi: Bu ilin sonuna qədər...
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Rusiya–Ukrayna müharibəsinin gedişatı ilə bağlı diqqətçəkən açıqlama verib.
Turkustan.az xəbərinə görə, o, “GB News”a müsahibəsində bildirib ki, ABŞ prezidenti Donald Tramp daha sərt mövqe nümayiş etdirsə, bu müharibəni ilin sonuna qədər başa çatdırmaq mümkündür.
Conson deyib:
“Tramp öz intuiziyasına qulaq asmalı və Rusiyaya qarşı iqtisadi sanksiyaları sərtləşdirməlidir. Əgər ABŞ bu istiqamətdə təzyiqi artırsalar, ardınca Böyük Britaniya və digər Avropa ölkələri dəstəkləsə, real dəyişikliklər baş verə bilər və bu müharibə ilin sonuna qədər bitə bilər”.
Keçmiş baş nazirin fikrincə, Rusiya prezidenti Vladimir Putin indiki şəraitdə göründüyündən daha zəif vəziyyətdədir. Conson vurğulayıb ki, Ukraynanın neft emalı zavodlarına hücumları nəticəsində Rusiyada ciddi problemlər yaranıb və artıq ölkədə benzin qıtlığı müşahidə olunur.
Boris Conson hesab edir ki, ABŞ-ın liderliyi və Qərbin birgə addımları Moskvanı geri çəkilməyə məcbur edə bilər. Onun sözlərinə görə, bunun üçün vaxt hələ də var, əsas məsələ Tramp administrasiyasının atacağı addımlardır. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 05 Sentyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















