Boris Pistorius: Almaniya Silahlı Qüvvələri İran müharibəsində iştirak etməyəcək

04.03.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Berlin, 4 mart, AZƏRTAC

Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin İrana qarşı müharibədə iştirak etməyəcəyini bildirib.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, nazir bu barədə Bundestaqda mühüm məsələlərin müzakirəsinə həsr olunan “Aktual Saat” adlı debatda danışıb.

“Almaniya müharibə tərəfi deyil. Almaniya Silahlı Qüvvələri bu müharibədə iştirak etməyəcək”, - deyə B.Pistorius qeyd edib.

Nazirin sözlərinə görə, federal hökumət üçün əsas prioritet regiondakı alman vətəndaşlarının və hərbçilərinin təhlükəsizliyidir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью