Boris Pistorius: Almaniya Silahlı Qüvvələri İran müharibəsində iştirak etməyəcək
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Berlin, 4 mart, AZƏRTAC
Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin İrana qarşı müharibədə iştirak etməyəcəyini bildirib.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, nazir bu barədə Bundestaqda mühüm məsələlərin müzakirəsinə həsr olunan “Aktual Saat” adlı debatda danışıb.
“Almaniya müharibə tərəfi deyil. Almaniya Silahlı Qüvvələri bu müharibədə iştirak etməyəcək”, - deyə B.Pistorius qeyd edib.
Nazirin sözlərinə görə, federal hökumət üçün əsas prioritet regiondakı alman vətəndaşlarının və hərbçilərinin təhlükəsizliyidir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:Pistorius: Almaniya Hörmüz boğazı ətrafında hərbi əməliyyatlarda iştirak etməyəcək
26 Mart 2026 08:30
Pentaqon Almaniya Silahlı Qüvvələri ilə əlaqələri dayandırıb
02 Dekabr 2025 14:21
Boris Pistorius almanlara çağırış edib
22 Dekabr 2024 20:07
Almaniya silahlı qüvvələri yeni əsgər cəlb etməkdə çətinlik çəkir
19 Aprel 2025 02:13
Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək
17 İyul 2026 19:33
Baxış sayı:195
Bu xəbər 04 Mart 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















