Boris, sən də...Boris, sən haqlı deyilsən! | Icma.az
Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya-Ukrayna müharibəsinin alovlanmasında və indiyədək davam etməsində müstəsna “xidmətləri” olmuş Böyük Britaniyanın keçmiş baz naziri Boris Consonun fikrincə, Kiyevin bu fürsətdən yararlanması və saziş imzalaması vacibdir, çünki gələcəkdə ABŞ-nin dəstəyi əsas rol oynayacaq.
Nadir torpaq metalları üzrə sazişin son layihəsini gördüyünü iddia edən Boris Conson yalnız sazişin imzalanmasının Kiyevə irəliləmək imkanı verəcəyini düşünür.
Belə ki, bu, ABŞ-ni “azad, suveren və təhlükəsiz Ukraynanı” dəstəkləməyə məcbur edəcək.
Minerallar sazişini şərh edən keçmiş baş nazir hətta 1941-ci ildə ABŞ-nin lend-liz müqaviləsi ilə paralellər aparıb.
İkinci Dünya müharibəsində müttəfiqlərin Avropadakı ehtiyatları məhz ABŞ-nin uzunmüddətli kreditlərin köməyi ilə dolduruldu.
“Bir tərəfdən baxdıqda, bəli, bu quldurluqdur, 1941-ci ildə lend-liz də belə idi. Amerikalılar o zaman bizi aldatdılar.
Mən başa düşürəm ki, bu saziş sizin ölkəniz üçün qəsb ola bilər.
Tam oxu
Xəbəri oxu